Oqtay Əsədov: Bordyujanın sözləri Rusiyanın mövqeyini əks etdirmir

Şəklin mənbəyi, Getty Images
Milli Məclis
Milli Məclisin cümə günü keçirilən iclasında spiker Oqtay Əsədov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyujanın Ermənistan və Azərbaycan sərhədində baş vermiş atışmalarla bağlı bəyənatını Rusiyanın mövqeyi olmadığını deyib.
Cümə axşamı günü verdiyi bəyənatda cənab Bordyujanın "Dağlıq Qarabağ Respublikası" ifadəsindən istifadə etməsi Azərbaycan hakmiyyətindən sərt tənqid olunub.
APA xəbər agentliyinin məlumatına görə cümə günü milli məclis iclasında millət vəkili Qüdrət Həsənquliyevə cavabında Oqtay Quliyev deyib ki, "Bordyuja öz fikrini bildirə bilər. Bu gün Bordyujadır baş katib, sabah başqası. Bu, o demək deyil ki, Rusiya onun fikri ilə razılaşır."
Adı çəkilən bəyənatda cənab Bordyuja "apreldə Dağlıq Qarabağ Respublikasında baş vermiş ciddi döyüşləri nəzərə alsaq...TKMT ərazisində baş verən bu hərəkətləri provokasiya" saydığını deyib.
APA-nın TKMT-dən aldığı məlumatda, təşkilat bəyənatda "Dağlıq Qarabağ Respublikası ifadəsinin işlənməsi heç də onun tanınıb-tanınmaması anlamına" gəlmədiyini bildirib.
"Burada KTMT-nin təşkilata üzv ölkə olan Ermənistanın ərazisində dekabrın 29-da baş vermiş silahlı insidentlə bağlı böyük narahatlıq keçirdiyi barədə dediklərinə diqqət etmək daha məqsədəuyğundur", - APA-ya cavabında təşkilat vurğulayıb.