Həftə 5 fotoda - Nardaran hökmü, AZAL bələdçiləri, "Atamı öldürüblər"...

Keçdiyimiz həftə baş vermiş hadisələr beş fotonun diliylə.

1. Nardaran hadisəsində təqsirləndirilənlərə hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin çərşənbə günü verdiyi hökmə əsasən, Taleh Bağırzadə və Abbas Hüseynova 20, Fuad Qəhrəmanlıya 10, Rasim Cəbrayılova 17 il həbs cəzası verilib.

Fotonun müəllifi Getty Images

2. Azərbaycan Hava Yollarının (AZAL) çərşənbə axşamı günü Bakıdan Londona yollanan təyyarəsinin göyərtəsində baş verən insidentə görə 4 bələdçi saxlanılıb.

Daha sonra onlar polis tərəfindən sərbəst buraxılıb.

Fotonun müəllifi AFP
Image caption Danışıqlarda BMT nümayəndəsi Staffan de Mistura da iştirak edib

3. Astanada İran, Rusiya və Türkiyə arasında keçirilən görüşdə Suriyada atəşkəs rejiminə nəzarət etmək və münaqişə edən tərəflərin təxribatının qarşısını almaq üçün üçtərəfli müşahidə mexanizminin yaradılması barədə razılıq əldə olunub.

Fotonun müəllifi Getty Images

4. Pop-ulduz Michael Jackson-un qızı Paris Jakson hesab edir ki, atasını öldürüblər.

O hesab edir ki, ölüm nədəni, rəsmi versiya üzrə deyildiyi kimi artıq dozada ağrıkəsici preparatın qəbul etməsi olmayıb.

Fotonun müəllifi Getty Images

5. İranlı aktrisa Təranə Əlidusti Trump-a görə "Oskar" tədbirlərinə getməkdən imtina etdiyini bildirib.

"Trump-ın İran əhalisinə viza qadağası irqçilikdir. Fərqi yox, istər mədəni, istərsə hər hansı başqa nə tədbir olur olsun, etiraz olaraq, kinoakademiyanın 2017-ci il mükafat vermə mərasiminə getməyəcəyəm", - aktrisa tvit edib.

Bu barədə daha geniş