İçməli suyun keyfiyyəti qənaətbəxşdirmi?

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
İçməli suyun keyfiyyəti qənaətbəxşdirmi?

"İçdiyimiz suyun keyfiyyətindən əmin deyilik", bu sözləri BBC Azərbaycancanın sorğusunu cavablandıran bir neçə şəhər sakini deyib.

Onların bəziləri suyun tamından, digərləri isə suyun çökuntüsünün çox olmasından danışıblar.

Həmçinin, istifadə etdiyi suyun keyfiyyətini qənaətbəxş hesab edənlər də olub.

Buna baxmayaraq, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və Azərsu Açıq Səhmdar Cəmiyyəti BBC Azərbaycancaya əhaliyə verilən içməli suyun bütün standartlara cavab verdiyini bildirib.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyir ki, bütün respublikanın şəhər və rayon mərkəzlərindən rübdə bir dəfə içməli su nümunələri mərkəz tərəfindən labaratoriyada müayinə olunur.

Bakı şəhər əhalisi içməli su təminatı üzərində aparılan nəzarət Kür və Ceyranbatan su təmizləyici qurğularından ayda bir dəfə, mərkəzi su anbarları və nasos stansiyalarından həftədə bir dəfə su nümunələri tədqiq edilir, o bildirir.

Qurum sözçüsü bildirir ki, 2010-2016-cı illər ərzində ölkə ərazisində su kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar mərkəz tərəfindən 35 rayonun mərkəzinin su təchizat və kanalizasiya sisteminin layihələrinin ekspertizası aparılıb.

"Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşması proqramı üzrə Kür və Araz çaylarının suyundan istifadə edən 18 rayonun ərazisində 384 yaşayış məntəqəsi mobil tipli su təmizləyici qurğularla təchiz edilib, 650 mindən artıq insan bu sudan istifadə edir, o deyib.

Ziyəddin Kazımov əhalinin istifadə etdiyi içməli suyun keyfiyyət göstəricilərinin dövlət standartlarına uyğun olduğunu vurğulayır.

O, həm də qeyd edir ki, suyun keyfiyyətindən narazı vətəndaşlar mərkəzə müraciət edə və istifadə etdiyi sudan nümunələrin götürülüb tədqiq etdirə bilər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, onlara daxil olan şikayətlərdə istehlakçılar suyun bulanıq olmasından şikayətlər edir.

Qurum sədri iddia edir ki, Azərsu ASC istifadə edilən suyu müasir üsüllarla təmizləyir.

Fotonun müəllifi Getty Images

Əhalinin bir qisminin içməli su problemi ilə qarşılaşmasını isə o belə izah edir ki, su infrastrukturu köhnədir.

"Su infrastrukturu köhnəlib, turbalar paslanıb. Kənar sular qarışdığı üçün evlərə gedən su azərsunun təmizlədiyi su şəklində gedib çıxmır", o bildirir.

Azərsu ASC-nin sözüsü Anar Cəbrayıllı isə deyir ki, əhaliyə verilən su həm yeralıtı həm yerüstü mənbələrdən verilən sular "qüvvədə olan standartara uyğundur".

O, bildirir ki,qurumun zəng mərkəzinə suyun bulanıq olmasilə bağlı şikayətlər daxil olur və "bu məsələlər araşdırılır".

Suyun tərkibinin ciddi çirklənməsilə bağlı fakt aşkarlanmayıb deyən qurum sözçüsü sonuncu belə hadisənin 2015-ci ildə Suraxanı rayonu ərazisində Qaraçuxur qəsəbəsində baş verdiyini deyir.

"Qəsəbədəki xəttə qəza baş verdi, küçədə yaranan sular xəttə daxil olmuşdu və evlərə çirkli su verildi. Biz su verilişini dayandırdıq. Əhaliyə maşınlarla su verdik və xətt yeniləndi", o qeyd edib.

Su infrastrukturunun köhnəlməsilə bağlı da danışan Azərsu ASC sözçüsü, belə bir vəziyyətin mövcudluğunu danmır.

"Binadaxili şəbəkələrdə, müəyyən binalarda infrastrukturun köhnəlməsi var" deyən cənab Cəbrayıllı, Bakı şəhərində 1667 çoxməzilli yaşayış binasının daxili paylayıcı sistemlərnin yenidən qurulmasından da danışır.

O əlavə edir ki, su infrastrukturunun istismar müddəti bitmiş binalar hələ də var və o binalarda yenilənmə işləri "mərhələli şəkildə həyata keçiriləcək".

Bu barədə daha geniş