Şəkillərdə: Bakıda qar

Bakıda yanvarın 28-dən fasilələrlə, intensiv yağan qarlı və şaxtalı hava müşahidə olunur. Fotoreportajı BBC Azərbaycanca üçün Gülər Abbasova hazırlayıb.

Bakıda yanvarın 28-dən fasilələrlə, intensiv yağan qarlı və şaxtalı hava müşahidə olunur.

Şəklin mənbəyi, Gülər Abbasova

Şəklin alt yazısı,

Bakıda yanvarın 28-dən fasilələrlə, intensiv yağan qarlı və şaxtalı hava müşahidə olunur.

Şəklin mənbəyi, Gülər Abbasova

Şəklin alt yazısı,

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə fevralın 1-də yağan qar örtüyünün hündürlüyü Bakıda 23 sm olub.

Şəklin mənbəyi, Gülər Abbasova

Şəklin alt yazısı,

Vətəndaşların piyada gediş-gəlişini asanlaşdırmaq üçün paytaxtın mərkəzi küçələrində, bulvar ərazisində təmizlik işləri aparılıb.

Şəklin mənbəyi, Gülər Abbasova

Şəklin alt yazısı,

Qarlı, şaxtalı hava şəraitinin davam etməsinə baxmayaraq paytaxt sakinləri, xüsusi ilə də gənclər birlikdə gəzintiyə çıxıblar.

Şəklin mənbəyi, Gülər Abbasova

Şəklin alt yazısı,

Atraksionlar işləməsə də sakinlər bulvar ərazisində piyada gəzintiyə üstünlük veriblər.

Şəklin mənbəyi, Gülər Abbasova

Şəklin alt yazısı,

Gecədən davamlı yağan qar səhər saatlarında nəqliyyatın hərəkətində çətinlik yaradıb. Şəhərin mərkəzi küçələrində qısa zamanda təmizlik işləri aparılandan sonra hərəkət bərpa olunub.

Şəklin mənbəyi, Gülər Abbasova

Şəklin alt yazısı,

Bu gün orta məktəblərdə qış tətilindən sonra ilk dərs günü olsa da, şaxtalı-qarlı hava ilə əlaqədar dərsə davamiyyət aşağı düşüb.

Şəklin mənbəyi, Gülər Abbasova

Şəklin alt yazısı,

Dərsə getməyən məktəblilər bu günlərdə qar sevincini yaşayır.

Şəklin mənbəyi, Gülər Abbasova

Şəklin alt yazısı,

Bir çox adam qara görə maşınlarını istifadə etməmək qərarına gəlib.

Şəklin mənbəyi, Gülər Abbasova

Şəklin alt yazısı,

Hava proqnozuna görə fevralın 2-də paytaxda gecə 4-6 dərəcə şaxta olacağı, bəzi yolların buz bağlayacağı gözlənir.