Bakı Çempionlar Liqası finalına ev sahibliyi etmək istəyir

Olmpiya stadionu

Şəklin mənbəyi, Claudio Villa/Getty Images

Şəklin alt yazısı,

Olimpiya Stadionu AVRO-2016-nın seçmə mərhələsində İtaliya-Azərbaycan oyununa ev sahibliyi edib.

Avropa futbolunu idarə edən UEFA-nın bildirdiyinə əsasən, Azərbaycanın paytaxtı Bakı şəhəri, 2019-cu il Çempionlar Liqası final oyununa ev sahibliyi etmək üçün müraciət edib. Rəqib şəhər isə Madriddir.

Bakının təxminən 70,000 nəfər tutumlu Olimpiya Stadionu və Atletico Madridin növbəti mövsüm üçün hazır olacaq yeni Estadio Metropolitano arenası, Çempionlar Liqasının final oyunu üçün iki iddiaçıdır.

Madrid son dəfə Çempionlar Liqası finalına 2010-cu ildə ev sahibliyi edib.

O zaman Inter Milan Bayern Munich-ə, Real Madridin Bernabeu Stadionunda qalib gəlmişdi. Bakı isə ilk dəfədir ki, ev sahibliyinə ümid edir.

Bakı həmçinin, Tbilisi, Glasgow, Frankfurt, Ştutqart, Sevilya və İstanbul ilə yanaşı 2019-cu il Avropa Liqası final oyunu üçün də ərizə təqdim edib. Lakin, hər iki oyuna ev sahibliyi edə bilməz.

Bu mövsüm Çempionlar Liqası yarışının final oyunu Cardiff şəhərində, Avropa Liqasının yekun görüşü isə Stokholmda baş tutacaq.

Son təkliflər 2017-ci il iyunun 6-na qədər təqdim olunmalıdır. UEFA İcraiyyə Komitəsi, ev sahibini sentyabrda müəyyənləşdirəcək.