Juncker Əliyevlə görüşdən əvvəl: Günün gözəl hissəsi başa çatdı

Juncker Əliyevlə görüşdən əvvəl: Günün gözəl hissəsi başa çatdı

Azərbaycan ilə Avropa İttifaqı arasında yeni əməkdaşlıq sazişi üzərində danışıqlar başlayacaq, Brüsseldə olan Azərbaycan prezidenti bildirib.

İlham Əliyevlə danışıqlardan əvvəl jurnalistlərlə görüşən Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker günün “gözəl hissəsinin” başa çatdığını deyib.

“Mən indi Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyəm, demək, günün gözəl hissəsi başa çatdı”.