Küçələrində Paris yaradan şəhər – Bakı

Şəklin mənbəyi, Tim Franco/INSTITUTE
Fotoqraf Tim Franco Azərbaycanın paytaxtı Bakı şəhərinə baş çəkib. Şəhər Sovetin qalıqlarını silərək özünü böyük və ehtiraslı binalarla dolu yerə çevirmək istəyir, lakin maddi vəsait azalır:
Geniş bulvarları və dəbdəbəli yaşayış binaları ilə bura, Parisə çevrilə bilər. Venesiya tipli kanallarda üzən qondolalar, dam örtüyü Sidneydəki Opera Evini xatırladan bina və hər şeydən öncə, LED ekranlarla örtülü və səmaya üç şüşə diş kimi ucalan əzəmətli Alov Qüllələri.
Azərbaycanın paytaxtı Bakı üçün memarlıq üslublarını çulğalamaq qədim bir tarixə malikdir. Hələ də mövcud olan orta əsrlərdən qalma İçəri Şəhər, ərəb, fars, osmanlı və şərq havasının qarışığından ibarətdir.
Şəklin mənbəyi, Tim Franco/INSTITUTE
Şəklin mənbəyi, Tim Franco/INSTITUTE
Lakin neftlə zəngin şəhər, artıq özünü dəyişir. Sovet dövründən qalma sönük binalar və sənaye əraziləri yerlə bir edilərək və ya da örtülərək, Xəzər dənizinin sahillərində klassik Avropanı, Sidneyi və Dubayı xatırladır.
Şəklin mənbəyi, Tim Franco/INSTITUTE
Şəhərin dəyişilməsinə 1991-ci ldə Sovet İttifaqının dağılmasından az sonra başlanıb. Prezident Heydər Əliyevin hakimiyyəti illərində - 1993-cü ildə hakimiyyətə gəlib - milyardlarla dollar məbləğində vəsait, şəhərin müasirləşdirilməsi və ali təbəqəyə məxsus bir şəklə salınması üçün genişmiqyaslı layihələrin tikintisinə sərf olunur.
Şəklin mənbəyi, Tim Franco/INSTITUTE
İşi hazırda, 2003-cü ildə atasından sonra hakimiyyətə gələn oğlu İlham davam etdirir.
Şəklin mənbəyi, Tim Franco/INSTITUTE
Şəhərin mərkəzinə yaxınlıqda tikilən neft qurğusu
Keçmişi örtmək
İstənməyən Sovet məhəllələri, geniş park sahəsi, ağ mərmərli ticarət mərkəzləri, parıldayan göydələnlər və lüks yaşayış binaları salmaq üçün sökülür. Bunların əksəriyyəti Azərbaycanı idarə edən ailənin istəyi ilə baş tutan layihələrdir.
Şəklin mənbəyi, Tim Franco/ INSTITUTE
Misal üçün, deyilənlərə görə, birinci xanım Mehriban Əliyevanın istəyi ilə 221 hektarlıq ərazidə tikilən şəhər küçələri Georges-Eugene Haussmann-ın memarı olduğu 19-cu əsr Paris arxitekturasınıı əks etdirir.
Şəklin mənbəyi, Tim Franco/INSTITUTE
Eybəcər hesab olunan binalar, saxta fasadlarla örtülür
Bakıdan cənubda Xəzər Adaları adlı layihəyə, böyük villalar, lüks otellər və kommersiya binaları daxildir. Xəzər dənizində yerləşən 41 adanı əhatə edəcək layihənin, 3000 hektardan çox ərazidə həyata keçirilməsi nəzərdə tutulub.
Burada həmçinin, hündürlüyü 1 kilometr olacaq, dünyanın ən hündür binasının tikilməsi planlaşdırılırdı. Lakin 100 milyard dollar dəyərində olan layihə, büdcənin azalması nəticəsində dayandırılıb. Bundan əlavə, layihənin əsas hissəsinə sahib olan milyarder oliqarx İbrahim İbrahimov, 2015-ci ildə ödəmədiyi borlar səbəbi ilə həbs olunub. Adalar, yarımçıq və boş qalıb.
Şəklin mənbəyi, Tim Franco/INSTITUTE
Köhnə neft qurğuları hələ də Xəzər Dənizinin sahilində yatır
Şəklin mənbəyi, Tim Franco/INSTITUTE
Şəxsi mülkü ictimai çimərlikdən ayıran divar
Şəklin mənbəyi, Tim Franco/INSTITUTE
Bakının şimalı həmçinin, Ermənistanla hələ də davam edən sərhəd münaqişəsi üzündən didərgin düşən və qaçan insanların evidir
Göylərə əl ataraq
Fəqət, Bakının geniş miqyaslı layihələrinin əksəriyyəti çətinliklərlə üz-üzədir. Neftin düşən qiyməti, Azərbaycan iqtisadiyyatından yan ötməyib və bəziləri inkişafın yarımçıq qalacağından qorxur.
Bakıdan cənubda Xəzər Adaları adlı layihəyə, böyük villalar, lüks otellər və kommersiya binaları daxildir. Xəzər dənizində yerləşən 41 adanı əhatə edəcək layihənin, 3000 hektardan çox ərazidə həyata keçirilməsi nəzərdə tutulub.
Burada həmçinin, hündürlüyü 1 kilometr olacaq dünyanın ən hündür binasının tikilməsi planlaşdırılırdı. Lakin 100 milyard dollar dəyərində olan layihə, büdcənin azalması nəticəsində dayandırılıb. Bundan əlavə, layihənin əsas hissəsinə sahib olan milyarder oliqarx İbrahim İbrahimov, 2015-ci ildə ödəmədiyi borlar səbəbi ilə həbs olunub. Adalar, yarımçıq və boş qalıb.
Şəklin mənbəyi, Tim Franco/INSTITUTE