Prezident Əliyevin Münhendə görüşləri davam edir

Bu gün Prezident Əliyevin ilk görüşü Türkiyə baş naziri Binali Yıldırımla olub Fotonun müəllifi President.az
Image caption Bu gün Prezident Əliyevin ilk görüşü Türkiyə baş naziri Binali Yıldırımla olub

Münhen Təhlükəsizlik Konfransının ikinci günündə iştirak edən prezident İlham Əliyev bir sıra dünya liderləri ilə görüşlər keçirib.

Prezident Əliyev günün ilk görüşünü Türkiyənin Baş naziri Binali Yıldırımla keçirib. Prezident administrasiyası saytının verdiyi məlumata əsasən, baş nazir Yıldırım və prezident Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərini bölüşüblər və iki ölkə arasında Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi və TANAP kimi tanınan layihələri müzakirə ediblər.

Prezident daha sonra Leonardo texnoloqiya şirkətinin baş icraçı direktoru və baş meneceri Mauro Moretti ilə görüşüb.

Hərbi texnoloqiya sahəsində nüfuz qazanan şirkətin rəhbəri prezidentlə görüşündə şirkətinin Azərbaycandaki fəaliyyəti və SOCAR ilə əlaqələrindən danışıb və əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu deyib, administrasiyanın rəsmi saytı bildirib.

Prezident Əliyev həmçinin Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Guterres ilə görüşüb.

Bu axşam Münhen konfransında yerli vaxtla saat 5 və 7 arası prezident İlham Əliyevin "Avrasiyanın Çat Xəttləri" adlı sessiyasında iştirak etməsi nəzərdə tutulub.

Eurasia Group-un təsisçisi və prezidenti İan Bremmerin apardığı sessiyada prezident İlham Əliyevlə birlikdə Estoniyanın prezidenti Kersti Kaljulaid, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstan senatının rəhbəri Kasım-Jomart Tokayev və Ukraynanın sabiq baş naziri Arseni Yatsenyuk iştirak edəcəklər.

Bu barədə daha geniş