Şəkillərdə: Birinci vitse-prezident, azarkeş, hacı...

Şəklin mənbəyi, mehriban-aliyeva.az
Fevralın 21-də Azərbaycanıın Birinci xanımı Mehriban Əliyeva prezident İlham Əliyev tərəfindən ölkənin Birinci vitse-prezidenti təyin edilib.
Bu, Mehriban Əliyevanın hökumətdə ilk vəzifəsidir, lakin bundan əvvəl də onun siyasi addımları həmişə ərinin karyerasına bağlı olub.
Mehriban Əliyeva 1983-cü ildə İlham Əliyevlə ailə həyatı qurub. Onların iki qızı və bir oğlu var.
BBC Azərbaycanca Birinci vitse-prezidentin ictimai və siyasi həyatına nəzər salır.
Şəklin mənbəyi, mehriban-aliyeva.az
Fevralın 21-də keçirilən Təhlükəsizlik Şurasının iclasında prezident İlham Əliyev Mehriban Əliyevanı Nazirlər Kabinetinə təqdim edərək deyib: "Bu təyinat münasibətilə mən onu təbrik edirəm və ona yeni uğurlar arzulayıram".
Şəklin mənbəyi, Francois Durand/ Getty
Mehriban Əliyeva UNESCO Xoşməramlı Səfirlərinin illik toplantısında, İordaniya şahzadəsi Firyal (sağda) və Şeyx Ğassan I Şaker-lə birgə. Paris, 2007-ci il.
Şəklin mənbəyi, Anadolu Agency/ Getty
Xanım Əliyeva Ümrə ziyarətində, 2015-ci il, 7 aprel. Ümrə ziyarətində Azərbaycan prezidentini xanımı ilə yanaşı, qızları Leyla və Arzu Əliyevalar da müşayiət ediblər.
Şəklin mənbəyi, Chris Jackson/ Getty
Mehriban Əliyeva qızları Leyla və Arzu ilə birgə "Fly Baku" müasir incəsənət sərgisində. London, 17 yanvar 2012-ci il. Sərgi De Pury Gallery-də Leyla Əliyeva və Simon De Pury tərəfindən təşkil edilib.
Şəklin mənbəyi, mehriban-aliyeva.az
Mehriban Əliyeva, prezident Əliyevlə birgə Qusar rayonunda yerləşən "Şahdağ" kompleksində "Park Chalet" oteli və 1 nömrəli kanat və xizək enişinin açılışında iştirak edib. 2015-ci il yanvar ayı.
Şəklin mənbəyi, ADEM ALTAN/ Getty
Mehriban Əliyeva, prezident İlham Əliyevin 2013-cü ildə Ankaraya səfəri zamanı Türkiyənin keçmiş prezidenti Abdullah Gülün xanımı Hayrunnisa Güllə birgə.
Şəklin mənbəyi, MAX ROSSI/ Getty
Roma Papası Francis 2015-ci ilin 6 mart tarixində Vatikan səfəri zamanı prezident İlham Əliyev və Mehriban Əliyeva ilə görüşüb.
Şəklin mənbəyi, Harry Engels/ Getty
Birinci xanım 2015-ci ildə Bakıda keçirilmiş Birinci Avropa Oyunları zamanı gənclər və idman naziri Azad Rəhimovla birgə voleybol yarışlarını izləyir.
Şəklin mənbəyi, ANDREJ ISAKOVIC/ Getty
Formula 1-in keçmiş rəhbəri Bernie Ecclestone Bakıda keçirilən Avropa Qran Prisində, yarışlar başlamazdan öncə İlham Əliyev və Mehriban Əliyeva ilə birgə müzakirə edir. 19 iyun 2016-cı il.

Mehriban Əliyeva kimdir?
21 fevralda Azərbaycanıın birinci xanımı Mehriban Əliyeva prezident İlham Əliyev tərəfindən ölkənin birinci vitse-prezidenti təyin edilib.