30 apreldən ali məktəblərə qəbul imtahanları başlayır

Şəklin mənbəyi, FREDERICK FLORIN
Aprelin 30-da II və III ixtisas qrupları, mayın 7-də isə I və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanları keçiriləcək, Dövlət İmtanan Mərkəzi məlumat yayıb.
Bu, 2017-ci ildən ildə iki dəfə keçirilə qəbul imtahanlarının birincisidir.
Mərkəz bildirib ki, indiki imtahanlarda "Abituriyentin elektron ərizəsi" formasını təsdiq edən və orada yazda keçiriləcək imtahanda iştirak etmək istədiyini qeyd edən abituriyentlər iştirak edə bilərlər.
İştirakçılar imtahanların keçirilməsinə 5 gün qalmış DİM-in rəsmi saytından "Abituriyentin imtahana buraxılış vərəqəsi"ni çap edə biləcəklər.
Buraxılış vəsiqəsində imtahanının keçiriləcəyi yer, saat və digər məlumatlar mövcud olacaq.

Abituriyentlər hər iki qəbul imtahanında iştirakı seçə biləcək
Azərbaycanda universitetlərə qəbul imtahanları mayda və iyulda keçiriləcək, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.