Bakıda Pasxa Bayramından fotoreportaj

Aprelin 16-da Bakıda xristian dünyasının ən böyük bayramlarından biri - Pasxa Bayramı keçirilib.

Pasxa

Şəklin mənbəyi, Gülər Abbasova

Şəklin alt yazısı,

Pravoslav xristianlarının bayram mərasimı gecə yarı Jen Mironosits kilsəsində dualar, dini ayinlərin icrası ilə başlayıb.

Şəklin mənbəyi, Gülər Abbasova

Şəklin alt yazısı,

Xristianlar hər il Pasxanı Yuri və Qriqori təqviminə görə fərqli tarixdə qeyd edirlər. 2017-ci ildə isə həm katolik, həm pravoslav xristianlarının Pasxa bayramı eyni günə təsadüf edib.

Şəklin mənbəyi, Gülər Abbasova

Şəklin alt yazısı,

Pasxa xristian inancına görə İsa Məsihin çarmıxa çəkilməsindən üç gün sonra onun zühuru münasibətiylə qeyd edilən müqəddəs gündür.

Şəklin mənbəyi, Gülər Abbasova

Şəklin alt yazısı,

Bu bayrama kimi pravoslav xristianları 40 gün oruc tutur, ibadət edir.

Şəklin mənbəyi, Gülər Abbasova

Şəklin alt yazısı,

Orucluğun 40-cı günü, şənbə gecəsi Pasxa ibadəti keçirilir.

Şəklin mənbəyi, Gülər Abbasova

Şəklin alt yazısı,

Ziyarətçilər kilsədə mərasim gecəsi müqəddəslərin şərəfinə şam yandırıb, dualar oxuyurlar.

Şəklin mənbəyi, Gülər Abbasova

Şəklin alt yazısı,

Günün sabahı, yəni bazar günü Pasxa bayramı qeyd olunur.

Şəklin mənbəyi, Gülər Abbasova

Şəklin alt yazısı,

Dini ayinlər bitdikdən sonra,səhər saatlarında ziyarətçilər özləri ilə gətirdikləri şirniyyat, bayram süfrəsini böyük masanın üzərinə toplayırlar. Arzu edənlər gətirdikləri bayram payından kasıblara paylayır və ya sədəqə edirlər.

Şəklin mənbəyi, Gülər Abbasova

Şəklin alt yazısı,

Kuliç, rəngli boyanmış yumurtalar və şamlar Pasxanın simvolu hesab olunur.

Şəklin mənbəyi, Gülər Abbasova

Şəklin alt yazısı,

Bir qədər sonra keşiş müqəddəs suyu insanların və süfrədəki nemətlərin üzərinə çiləyir,hər kəsin bayramını təbrik edir.