Azərbaycan əsgəri "həlak olub"

Azərbaycan Müdafiə Nazirliyinin cümə günü yaydığı məlumata görə, Silahlı Qüvvələrin hərbi qulluqçusu, əsgər Şahvələdov Sultan Niyaz oğlu həlak olub.
Azərbaycan tərəfi əsgərin ölümünün "Ermənistanın təxribatı nəticəsində" baş verdiyini bildirir.
Ermənistan tərəfi bu barədə hələlik heç bir məlumat paylaşmayıb.
Həmçinin oxuyun:
- Minsk qrupu həmsədrləri Qarabağdadır
- Bakı-Ankara-Tbilisi üçlüyü: əməkdaşlığın hərbi aspekti
- Qarabağda vəziyyət təhlükəlidirmi?
- Qarabağ münaqişəsi: artan məyusluq və müharibə təhlükəsi
Bundan başqa Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, cümə günü Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və piyadanın döyüş maşınından istifadə etməklə atəşkəs rejimini 129 dəfə pozub.
Ermənistan və Azərbaycan 20 ildən çoxdur ki Dağlıq Qarabağ uğrunda silahlı münaqişədədir.
1994-cü ildə atəşkəs bağlansa da, tərəflər tez-tez atəşkəsin pozulması xəbərləri verir.