5 fotoda: tanınmamış respublikada seçkilər, Egeydə zəlzələ, özünü asan ifaçı...

Bu həftə baş vermiş mühüm hadisələr 5 fotonun diliylə.

Bako

Şəklin mənbəyi, Brendan Hoffman/ Getty

1. Tanınmamış "Dağlıq Qarabağ Respublikasının parlamentinin" fövqəladə iclasında keçirilən səsvermənin nəticələrinə görə, Bako Sahakyan ən azı daha üç il tanınmamış "Dağlıq Qarabağ Respublikasına" başçılıq edəcək.

Sahakyanın lehinə 28 millət vəkili səs verib. Onun rəqibi Stepanakert/Xankəndinin sabiq meri Eduard Ağabekyanın lehinə 4 millət vəkili səs verib.

Şəklin mənbəyi, Getty Images

2. Egey dənizində baş vermiş zəlzəldən sonra Türkiyə və Yunanıstanda dağıntılar və xəsarət alanlar olub.

Zəlzələ nəticəsində Yunanıstanın Kos adasında 2 nəfər həlak olub, Türkiyənin Bodrum bölgəsində təxminən 70 nəfər yüngül yaralarla xəstəxanaya müraciət edib.

Şəklin mənbəyi, TOFIK BABAYEV/ Getty

3. Bakı Ağır Cinayətlərə dair məhkəmədə Azərbaycanda həbsdə olan bloqçu Aleksandr Lapşinə 3 il həbs cəzası verilib.

Bloqçu "Azərbaycan sərhədini qanunsuz olaraq keçmə" maddəsilə təqsirli bilinib.

Şəklin mənbəyi, President.az

4. Azərbaycan prezidenti İlham Əliyev Milli Mətbuat Günü münasibətilə 255 jurnalistə yeni tikilmiş binada mənzillərin paylanılması tədbirində iştirak edib.

Bu, jurnalistlər üçün tikilmiş ikinci belə binadır. Binanın tikintisinə və ətraf ərazidə abadlıq işlərinin aparılmasına 22 milyon manatdan artıq vəsaitin sərf olunduğu bildirilir.

Şəklin mənbəyi, Rich Fury/ Getty

5. Linkin Park rok qrupunun vokalisti Chester Bennington 41 yaşında vəfat edib. Onun özünü asaraq öldürdüyü deyilir.