5 fotoda: "Pərən-pərən düşən" güləşçilər, "vətənsiz" Saakaşvili və...

Bu həftə Azərbaycanda və ondan kənar baş vermiş mühüm hadisələr 5 fotonun diliylə.

Güləşçi

Şəklin mənbəyi, BENJAMIN CREMEL/ Getty

1. Cümə günü Bakıda Güləş Federasiyasının qarşısında etiraz nümayişi keçirən güləşçilər 15 aydır əmək haqlarını və mükafatlarını ala bilmədiklərini bildiriblər.

Azərbaycan Güləş Federasiyasının Yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov bildirib ki, bu iddialar araşdırılır və "bir neçə günə rəhbərlik səviyyəsində açıqlama veriləcək".

Şəklin mənbəyi, SERGEI SUPINSKY/ Getty

2. Ukrayna prezidenti Petro Poroşenko Gürcüstanın keçmiş prezidenti və Odessanın sabiq qubernatoru Mixail Saakaşvilinin ölkə vətəndaşlığından məhrum edilməsi barədə sərəncam imzalayıb.

Cənab Saakaşvili Ukrayna prezidentinə qarşı mübarizəni davam etdirmək üçün öz Ukrayna vətəndaşlığını bərpa etmək və Kiyevə qayıtmaq istədiyini deyib.

Şəklin mənbəyi, SAUL LOEB/ Getty

3. ABŞ Konqresinin Ali Palatası Ağ Evin etirazlarına baxmayaraq ABŞ-ın xarici siyasət düşmənlərinə - Rusiya, İran və Çinə qarşı yeni sanksiyaları nəzərdə tutan qanunu böyük səs çoxluğu ilə qəbul edib.

Rusiya isə cavabında ABŞ-a qarşı sanksiyaları tətbiq etdiyini bildirib.

Şəklin mənbəyi, Richard Heathcote/ Getty

4. Bakı Ağır Cinayətlər Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalova hökm oxuyaraq onu 13 il müddətinə azadlıqdan məhrum edib.

O, və onunla birlikdə mühakimə edilən doqquz nəfər "külli miqdarda mənimsəmə" və "vəzifə səlahiyyətlərindən sui-istifadə" maddələri ilə ittiham ediliblər.

Şəklin mənbəyi, Mark Wilson/ Getty

5. Pakistanın Ali Məhkəməsi korrupsiya ittihamlarının istintaqı çərçivəsində Baş Nazir Nəvaz Şərifi vəzifəsindən uzaqlaşdırıb.

Qərar, 2015-ci ildə Panama Sənədlərində cənab Şərifin uşaqlarının adı ilə bağlı ofşor şirkətlərin olması iddialarından sonra Baş nazirin ailə sərvəti barədə başladılan təhqiqatın nəticələrinə əsasən verilib.