Azərbaycanlılar “Azərbaycan Çamaşırxanası” iddiaları barədə nə düşünürlər?

Azərbaycanlılar “Azərbaycan Çamaşırxanası” iddiaları barədə nə düşünürlər?

Çərşənbə axşamı günü, Azərbaycanın hakim elitasının 2.8 milyard dolları gizli şəkildə avropalı siyasətçilərə xərcləmək və onlara bahalı hədiyyələr almaq üçün istifadə etdiyini iddia edən hesabat dərc edilib.

Avropa qəzetlər konsorsiumunun həyata keçiridiyi və Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabat Layihəsinin (OCCRP) nəşr etdiyi hesabatda "Azərbaycan Camaşırxanası"ləqəbli məxfi fondun 2014-ci ilə qədər, iki il müddətində fəaliyyət göstərdiyi deyilir.

Azərbaycan hökuməti hesabatdaki iddiaları rədd edir və onların əsassız və qərəzli olduğunu bildirir.

BBC Azərbaycanca, Bakı sakinlərinin iddialara dair fikirlərini öyrənib.