"Qarabağ"ın məğlubiyyəti, "Əsrin müqaviləsi" uzadıldı və rohincaların "etnik təmizləmə"si - həftə 5 fotoda

Keçdiyimiz həftə Azərbaycanda və dünyada baş vermiş mühüm hadisələr 5 fotonun diliylə.

Fotonun müəllifi Clive Rose/Getty
Image caption Chelsea klubundan Willian Borges da Silva top uğrunda Qabağ oyunçuları ilə rəqabətdə

1. UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu - Qarabağ Londonda Chelsea komandasına məğlub olub.

Ağdam klubunun məşqçisi Qurban Qurban deyib ki, oyunu təhlil edərək nəticələr çıxaracaq. Qarabağ Çempionlar Liqasında Chelsea, Atletico Madrid və Roma ilə C qrupunda mübarizə aparır.

2. Azərbaycanda məhkəmə həftənin əvvəlində, bazar ertəsi Turan agentliyinin direktoru Mehman Əliyev haqqında həbs qərarını ləğv edib.

Onun ardınca, cümə günü "Azadlıq" qəzetinin maliyyə direktoru Faiq Əmirli şərti azadlığa buraxılıb. Eynilə həftə içində Prezident İlham Əliyev Azərbaycanda həbsdə olan bloqçu Aleksandr Lapşini əfv edib.

Lapşin "Azərbaycan sərhədini qanunsuz olaraq keçmə" maddəsilə ittiham olunaraq 3 il müddətinə həbs edilmişi.

Fotonun müəllifi President.az

3. Çərşənbə axşamı Bakıda SOCAR və BP-nın rəhbərlik etdiyi konsorsium arasında Azərbaycanın ən böyük neft yataqlarının 2050-ci ilədək işlənməsinə dair yeni saziş imzalanıb.

Xəzər dənizində yerləşən Azəri, Çıraq və Günəşli (AÇG) üzrə müqavilənin uzadılması üçün konsorsium Azərbaycana 3.6 milyard dollar məbləğində birdəfəlik mükafat verəcək.

Fotonun müəllifi Inga Mileshkina

4. Sentyabrın 15-də Azərbaycanda yeni tədris ili başlayıb.

Bu il orta məktəblərə bütün siniflər üzrə 1 miyon 500 minə yaxın şagird təhsil alacaq, Təhsil Nazirliyinin mətbuat xidməti bildirib. 165 minə yaxın şagird isə bu il birinci sinifə gedir.

Onlardan 46 mindən çoxu Bakı məktəblisidir.

Fotonun müəllifi AFP

5. Myanma rohinca müsəlmanalarına qarşı "etnik təmizləmə" ilə bağlı BMT tənqidini rədd edib.

Ölkənin BMT-dəki səfiri, Rakxayn ştatındakı zorakılığa görə rohinca üsyançılarını ittiham edib və bildirib ki, Myanma heç vaxt bu cür vəhşiliklərlə razılaşmayacaq.

Ötən ayın sonundan bəri gərginləşən vəziyyətlə əlaqədar təxminən 370 min Rohincalı Banqladeş sərhəddini keçib.

Əlaqəli mövzular