BDU kafedra rəhbəri: "Qadın işi və ya kişi işi yoxdur"
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Rəna İbrahimbəyova: "Qadın işi və ya kişi işi yoxdur"

Rəna İbrahimbəyova Bakı Dövlət Universitetində “Gender və tətbiqi psixologiya” kafedrasının rəhbəridir.

O deyir ki, 15 ildir fəaliyyətdə olan bu kafedranın əsas məqsədi mütəxəssislərin hazırlanmasıdır.

“Biz istəyirik ki, cəmiyyətdə hər bir şəxsiyyən ən inkişaf etmiş xüsusiyyətləri əsasında ona uyğun yer tutsun”, o deyir.

“Deməməliyəm ki, bu kişi işidir, bu qadın”, deyən xanım İbrahimbəyova belə ayrı seçkiliyin səmərə verməyəcəyini də qeyd edir.

Rəna İbrahimbəyova Azərbaycanın gender bərabərliyi sahəsində çox işlər gördüyünü desə də, “gediləcək çox yolun böyük” olduğunu da vurğulayır.

Onunla BBC Azərbaycancadan Günel Səfərova söhbət edib.