Xüsusilə qadınlar üçün xidmət göstərən taksi xidmətinin məqsədi nədir?
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Yalnız qadınlar üçün taksi xidməti olmalıdırmı?

Bakıda bir ildir ki, yalnız qadınlara xidmət göstərən taksi xidməti yaradılıb.

Azərbaycanda sürücüləri qadın olan taksi xidməti ideyası təxminən 3 ildir ki, yaranıb.

“Zərif taksi” adlanan şirkətin təsisçisi Elcan Məmmədli təkid edir ki, şirkət ehtiyacdan yaranıb.

“Əsas məqsəd odur ki, kişi sürücülərlə yaşanan problemlər zərif taksidə yaşanmasın”, o bildirir.

Bir çox qadınlar BBC Azərbaycancaya taksi sürücülərinin şifahi cinsi hücumuna və ya xoşagəlməz təkliflərinə məruz qaldıqlarını deyiblər.

Lakin heç də bütün qadınlar yalnız onlara xitab edən şirkətin varlığına birmənalı yanaşmırlar.

Gender fəalları da belə şirkətlərə qarşıdır.

Onlar taksi sürücüləri tərəfindən hər hansı hücuma məruz qalan qadınları polisə şikayət etməyə çağırır.

Videonu BBC Azərbaycancadan Günel Səfərova hazırlayıb.