5 fotoda: AŞPA-dan Azərbaycana tənqid, mürgüləyən prezident, ad gününə it və...

Bu həftə dünyada baş vermiş mühüm hadisələr 5 fotonun diliylə.

Fotonun müəllifi CEO

1. Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanla bağlı iki qətnamənin qəbul edilib. Qətnamələrdə Azərbaycandakı insan haqlarının vəziyyəti tənqid olunur və onun yaxşılaşdırılması üçün tövsiyyələr verilir.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, "bu tənqidlərin arasında Azərbaycan tərəfinin nəzərə ala biləcəyi məqamlar da var. Amma elə məqamlar da var ki, biz onları qəbul etmirik".

Səməd Seyidov AŞPA-ya: "Niyə bir ölkə ilə belə, bizimlə başqa cür danışılır?"

Fotonun müəllifi Alex Wong/ Getty

2. Türkiyə və ABŞ viza xidmətlərinin bir qismini dayandırır. Hər iki ölkənin səfirlikləri bununla bağlı bəyanatlar veriblər.

Bu, keçən ilin iyul ayında baş vermiş uğursuz hərbi çevrilişdə günahlandırılan din xadimilə əlaqədə şübhəli bilinən ABŞ-ın İstanbuldakı konsulluq işçisinin saxlanılmasından sonra baş verib.

Türkiyə və ABŞ bir çox viza xidmətlərini dayandırır

Fotonun müəllifi David McNew/ Getty

3. California-nın şərab istehsalı ilə məşğul olan bölgəsində sürətlə yayılan yanğınlar nəticəsində azı 10 nəfər həlak olub.

Yanğınların bazar günü gecə saatlarında hansı səbəbdən başladığı hələlik məlum deyil.

Kaliforniya yanğınları: 10 nəfər həlak olub

4. Türkiyə prezidenti Recep Tayyip Erdoğan Ukraynada rəsmi səfərdə olub. Kiyevdə həmkarı Petro Poroşenko ilə keçirdiyi mətbuat konfransında Türkiyə prezidentinin yuxulu olması diqqəti çəkib.

Erdoğan tərəfdarları sosial mediada öz liderlərini müdafiə ediblər.

Fotonun müəllifi MIKHAIL METSEL/TASS

5. Oktyabrın 7-də Rusiya prezidenti Vladimir Putinin 65 yaşı tamam olub.

Türkmənistan prezidenti Qurbanqulı Berdımuxammedov rusiyalı həmkarı Vladimir Putinə keçmiş ad günü münasibətilə alabay itinin küçüyünü bağışlayıb.

Vladimir Putin və onun zooparkı