AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Azərbaycanla dialoqa ümid bəsləyir
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Azərbaycanla dialoqa ümid bəsləyir

Ötən həftə Avropa Şurası Parlament Assambleyasının Strasburqa keçirilən sessiyasında Azərbaycana dair iki qətnamə qəbul olunub.

Azərbaycanda Demokratik Qurumların Fəaliyyətinə dair qətnamənin müəlliflərindən biri, avstriyalı həmməruzəçi Stefan Schennach Azərbaycana səfərləri barədə, danışıb.

O, Azərbaycan hökumətilə əlaqələri barədəd və gələcəkdə ümid etdiyi müsbət dəyişikləri və Azərbaycanın üzləşdiyi çətinlikləri izah edib.

Müsahibə

Azərbaycan rəsmiləri Avropa Şurasının əhəmiyyətli olmadığını deyiblər. Siz hökumətlə ünsiyyətinizdə rəsmilərin belə sərt mövqe tutduğu hiss olunurdumu?

Stefan Schennach: Bu bizə ünvanlandırılmamışdı. Bu baş katib Jagland-a ünvanlandırılmışdı və bu, İlqar Məmmədovun Nazirlər Komitəsindəki işilə bağlı 46-cı maddənin müzakirəsi barədədir. Əslində Azərbaycan bu problemi çox asanlıqla, insan haqqları məhkəməsinin dediyi kimi, onu azad edərək çözə bilər.

Bu işdə Azərbaycanın mövqeyinin niyə dəyişmədiyini anlamıram. Bizim ətraflı söhbətimiz olub, lakin bu söhbət dostcasında olub. Biz müəllim deyilik, biz tərəfdaşıq. Biz qanun aliliyini və məhkəmə sistemini birlikdə inkişaf etdirmək üçün tərəfdaşıq.

Mən əminəm ki, sizin ölkənizin əhəmiyyətli siyasətçiləri hər şeyin normal olmadığını bilirlər.

Bəzi insan haqqları təşkilatları Azərbaycan üçün siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin olunmasını istəyirlər. Sizcə buna ehtiyac varmı?

Stefan Schennach: Zənnimcə, mənim qədər məhbuslarla görüş keçirən mərizəçi hələ olmayıb. Üç günümdən biri həmişə məhbuslara həsr olunur. Ona görə də mən illərdir ki, yerinə yetirilməyən işləri etməyə və hər dəfə yeni məhbuslarla görüşməyə çalışıram.

Sonuncu dəfə mən Fuad Qəhrəmanlı və [Əziz] Orucovla ilk görüşümü keçirdim. Son səfərimdə bəlkə də sizin ölkənizdə ən pis yerə də getdim - Qobustan təcridxanasına. Mən ümid edirəm ki, bu həbsxana tezliklə bağlanacaq.

Hazırda Azərbaycana qarşı ciddi korrupsiya iddialarını nəzərə alsaq, Azərbaycan nə etməlidir ki, AŞPA üzvlərinin inamını qazansın?

Stefan Schennach: Mən Azərbaycana güvənməliyəm ki, razılığa gəldiyimiz addımları atacaqlar. Məsələn, məhbusların azadlığa buraxılması, qanun dəyişikləri, cinayətlərin dekriminallaşdırılması və ya məhkəmə sisteminin azadlığı kimi məsələlərdə onların düzgün addımlar atacaqlarına güvənməliyəm.

Korrupsiyaya gəldikdə isə. Biz indi danışarkən, parlamentdə etik qaydalar müzakirə edilir və bu çox vacibdir. Çünki, Avropa Şurasına müraciət edənlər əmin olmalıdırlar ki, orada onların işinə baxan şəxslər həqiqətən də bütün müraciətlərə diqqət verir.

Bəs indi siz Azərbaycanın nə etməsini istəyirsiniz? Növbəti addımlar nə olmalıdır?

Stefan Schennach: Mən çox ümid edirəm ki, verilən vəd, qanunun humanistləşdirilməsi barədə prezidentin qərarı və bununla yanaşı təklif edilən 300 qanun dəyişikliyi həyata keçiriləcək və 15 qanun dekriminallaşdırılacaq.

Mən ümid edirəm ki, sizin məhkəmə sistemi... və xüsusilə də prokurorluq başa düşəcək ki, insanları həbs etmək və etməmək arasında fərq var. Bunların arasında çoxlu seçim mövcuddur.

Verdiyimiz tövsiyələrdə biz qeyd edirik ki, polis xidmətində gender barəbərliyi lazımdır, çünki digər ölkələrin təcrübəsindən bilirik ki, polisin kişi və qadınlardan ibarət olduğu yerlərdə işgəncə və pis rəftar halları azalır.

Bununla yanaşı polisi araşdırmaq üçün Azərbaycanda azad bir qurumun yaradılması lazımdır, çünki LGBT icmasının üzvlərinin üzləşdiyi rəftar tamamilə qəbulolunmazdır. Sizin ölkənizdə polisə nəzarət edən azad bir qurum olmalıdır. Məncə polisə nəzarət lazımdır.

Sizcə AŞ öhdəliklərini yerinə yetirməməyin həddi varmı? Azərbaycan İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra etməsə üzvlüyü təhlükə altında ola bilərmi?

Stefan Schennach: Mən ümid edirəm ki, məsuliyyətli bir şəxs, xüsusilə də prezident Əliyev Avropanın evində olmağın necə vacib olduğunu anlayırlar.

Avropanın evini tərk etmək oraya bir daha qayıtmağı çox çətinləşdirir, Rusiyanın təcrübəsi göstərdiyi kimi. Və ruslar qayıtmaq istəyirlər. Lakin bundan sonra qayıtmaq çox çətin olur. Dəvət edildiyiniz evi heç vaxt tərk etməyin.

İkincisi - İlqar Məmmədovun işinə gəldikdə, bir azca yaxşı niyyətlə bu həll oluna bilər. Mən düşünürəm ki, sizin prezident səxavətli insandır və o səxavətli bir hərəkət etməlidir. Bu halda Azərbaycanın Avropadaki siyasi vəziyyəti yaxşılaşacaq.