Hüquqşünaslar nümayəndəlik institutunun ləğv edilməsi təklifindən narhatdırlar
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Vəkil: "Maddi vəsaiti yetərli olmayan insanların müdafiəsində problemlər yaranacaq"

Özünü praktik hüquqşünaslar qrupu adlandıran bir neçə hüquqşünas çərşənbə axşamı baş tutan mətbuat konfransında təklif edilən dəyişikliklər barədə narhatlıqlarını bölüşüblər.

Mülki Prosessual, İnzibati Prosessual Məcəllələrə, eləcə də "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər edilməsi barədə təklif oktyabrın 6-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunub və Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Praktiki hüquqşünaslar qrupu bu təklifin kollegiyanın üzvü olmayan hüquqşünasları məhkəmə təmsilçiliyindən məhrum edilməsilə nəticələnəcəyini deyib.

Lakin Vəkillər kollegiyasının üzvü Nicat Gözəlov bu təkliflə tanış olduğunu və parlament üzvlərinin vəkillərin narahatlığını nəzərə alacağına ümid bəslədiyini bildirib.

Əlaqəli mövzular