"Səhər o qədər ağlamışam ki, qalan məhsulu da ucuz qiymətə satdım”
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

"Səhər o qədər ağlamışam ki, qalan məhsulu da ucuz qiymətə satdım”

Lənkəran və Cəlilabad sakinləri bölgəyə səfər edən BBC müxbirinə həyat şəraiti, iş və dolanışıqla bağlı fikirlərilə bölüşüblər.

Bir çox rayon sakin, digər cənub bölgələrində olduğu kimi, İrana gedərək orda ya bazarlıq edir, ya da sata biləcəyi bəzi məhsulları gətirir.

Əhalinin daha bir hissəsi kənd təsərrüfatı sahəsində çalışır. Çox adam işsizlikdən şikayət edir. Bəziləri ya ailə üzvlərindən hansınınsa pensiyası hesabına, ya da fəhləlik hesabına dolanmaq məcburiyyətindədi olduğunu qeyd edir.

Hərçənd ki, Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən millət vəkili Fəzail İbrahimli bu problemin kütləvi formada yayıldığına inanmadığını deyir.

Materialı BBC müxbiri Günel Səfərova hazırlayıb.

Əlaqəli mövzular