5 fotoda: Qətl edilən jurnalist, Putinə rəqib aktrisa, ən gənc hökumət başçısı və...

Bu həftə baş vermiş mühüm hadisələr 5 fotonun diliylə.

Daphne Caruana Galizia Fotonun müəllifi MATTHEW MIRABELLI/ Getty

1. Malta hökumətini korrupsiyada ittiham edən jurnalist Daphne Caruana Galizia avtomobiində partlayış nəticəsində həlak olub. Onun Panama sənədləri barədə araşdırması və Baş nazir Joseph Muscat-a qarşı korrupsiya iddiaları Maltada erkən seçkilərə nəticə vermişdi.

Cənab Muscat və onun həyat yoldaşı gizli ofşor bank hesabları vasitəsilə Azərbaycan prezidentinin ailəsindən aldıqları pulları gizlətdikləri iddialarını rədd edirlər.

Maltalı jurnalisti öldürən bomba "uzaqdan idarə olunub"

presidents Fotonun müəllifi President.az

2. ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib.

Tərəflər təmas xətti boyunca gərginliyi azaltmağa razılaşıblar, birgə bəyanatda bildirilir.

Azərbaycan və Ermənistan təmas xəttində gərginliyi azaltmağa razılaşıblar

raqqa Fotonun müəllifi Getty Images

3. İraq hərbi qüvvələri kürd qüvvələrinin nəzarətində olan Kərkük şəhəri və yaxınlıqda yerləşən neft yataqlarını ələ keçirib. İraq hökumətinin hərbi əməliyyatı kürdlərin nəzarətinə olan ərazilərdə müstəqillik referendumunun keçirilməsindən bir neçə həftə sonra başlanıb.

Suriyada isə ABŞ-ın dəstəklədiyi Suriya qüvvələri özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın əlində olan Raqqa şəhərini nəzarət altına alıblar. Raqqa şəhəri İD-nin qeyri-rəsmi paytaxtı sayılıb.

Kürdlər kimdir?

sobçak Fotonun müəllifi Ben A. Pruchnie/ Getty

4. Rusiyada TV aparıcısı və akstrisa Kseniya Sobçak, mart ayında keçiriləcək və Vladimir Putinin yenidən qələbə qazanacağı gözlənilən prezident seçkilərində iştirak edəcək.

Xanım Sobçak iddia edir ki, o, gözlənilməz namizəddir və namizədliyi qəbul edilməyən müxalifət lideri Aleksey Navalnını dəstəkləyir.

Rusiyalı televiziya aparıcısı Kseniya Sobçak prezidentliyə namizədliyini irəli sürüb

Sebastian Kurz Fotonun müəllifi Dan Kitwood/ Getty

5. Avstriyada keçirilən seçki gözlənildiyi kimi mühafizəkar Xalq Partiyası - ÖVP-nin qələbəsi ilə bitib.

Partiyanın qələbəsi onun 31 yaşlı lideri Sebastian Kurz-u baş nazir postuna gətirir. Beləliklə, o dünyanın ən gənc hökumət başçısı olacaq.

Sebastian Kurz: Dünyanın ən gənc lideri, Avstriyanın "dahi uşağı"