Qurban Qurbanov: "yetirmələrim sonadək mübarizə apardılar"

"Qarabağ" Fotonun müəllifi Getty Images

Oktaybrın 31-də Çempionlar Liqasının qrup mərhələsində 4-cü turun oyununda "Atletiko" ilə "Qarabağ" futbol klubunun oyununda hesab 1:1 olub.

Madriddəki "Metropolitano" stadionunda keçirilmiş oyun 1:1 hesabı ilə yekunlaşıb. İlk qolu 40-cı dəqiqədə "Qarabağ"ın yarımmüdafiəçisi Míchel vurub.

İkinci hissədə "Atletiko" hesabı bərabərləşdirib. Qolun müəllifi Tomas Partey olub.

Oyunda "Qarabağ"ın təmsilçisi Pedro Enrike qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırılıb.

"Soyuqqanlı davranmalıyıq"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra Qarabağın Facebook səhifəsində yazıb ki, "Ağır oyun oldu. Bir xal qazanmağımıza baxmayaraq, rəqib çox yaxşı oynadı. Bu cür oyunlarda futbolçularımın təcrübə qazanması mənim üçün çox önəmlidi. Rəqibin qol epizodları çox olsa da, yetirmələrim sonadək mübarizə apardılar. "Atletiko"ya gələcək oyunlarda uğurlar arzulayıram".

Klubun vitse-prezidenti isə jurnalistlərin suallarına cavabında Qarabağın qolunun "möhtəşəm" olduğunu deyib.

"Yarım saata yaxın müddətdə azlıqda oynasaq da, rəqiblə başa-baş mübarizə apardıq. Şükür ki, biz Çempionlar Liqasında, rəqib meydanda Azərbaycan tarixində ilk qolu vura bildik. Bu da bir ilkdir. "Qarabağ" yenə ilklərə imza atır", o, əlavə edib.

Azərbaycan klubu "Qarabağ" C qrupunda xallarını 2-yə çatdırıb və 4-cü pillədə qərarlaşıb. "Atletiko" qrupda 3 xalla üçüncü pillədədir. Qrupa 8 xalla İtaliya klubu "Roma" başçılıq edir. İngiltərə təmsilçisi "Çelsi" isə 7 xalla 2-ci yerdə mövqe tutub.

Qarabağ avqustun 23-də Danimarkanın København klubu ilə matçdan sonra UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.

Bu barədə daha geniş