Baş Prokurorluq: "Həbsdən qaçmış "Qoca" ləqəbli məhbus və tanışı yolda öldürüldü"

Baş Prokurorluq Fotonun müəllifi APA
Image caption Baş Prokurorluq həbsdən qaçan məhbusun öldürüldüyünü təsdiqləyib

Noyabrın 2-nə keçən gecə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı "Qoca" ləqəbli Etibar Məmmədov və tanışı öldürülüb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov BBC Azərbaycancaya bildirib.

Etibar Məmmədovun Hacıqabul rayonunda yerləşən tanışının evində gizlənməsi barədə məlumat daxil olub. Bundan sonra əməliyyatçılar hərəkətə keçiblər, olayla bağlı Baş Prokurorluğun yaydığı məlumatda deyilir.

Baş Prokurorluq bildirir ki, Etibar Məmmədov və tanışı İlqar Əzimovla noyabrın 1-də axşam Əzimova məxsus avtomobildə Bakı-Ələt yolunda olub. Onlarla bərabər daha iki nəfər olub.

Polis həmin maşını saxlamaq istəsə də, sürücü avtomobili polislərin üstünə sürüb və silahlı müqavimət göstərməyə cəhd ediblər, rəsmilər iddia edir.

Respublika Prokurorluğunun məlumatında göstərilir ki, polis xidməti silahından atəş açıb və Etibar Məmmədov və onun tanışı İlqar Əzimov yaralanıb, xəstəxanaya aparılarkən yolda ölüblər. Digər iki nəfər isə xəsarət almayıb. Onlar həbs ediliblər.

Prokurorluq avtomobildən "iki "Makarov" markalı tapança, xeyli sayda patron və giliz, bir ədəd əl qumbarası, bir ədəd bıçaq, uzun müddət çöl şəraitində yaşamaq üçün zəruri olan konservləşdirilmiş ərzaq məhsulları, tibbi preparatlar, ləvazimatlar, geyim əşyaları" aşkar edib.

Oktyabrın 23-də Bakı- Astara -Bakı qatarında xüsusi qaravul vaqonunda aparılan Etibar Məmmədov və digər məhbus Əli Ağami müşayiət altından qaçmışdılar.

Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulsa da, Etibar Məmmədov axtarılırdı.

Olayla bağlı vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə bir neçə şəxs ya işdən çıxarılıb, ya da həbs ediliblər.

Məhbuslara qaçmaq üçün yardım etməkdə təqsirləndirilən və həbs edilənlər arasında tanınmış müğənni Fədayə Laçın da var.