Xəzərdəki dəniz özülündən suya düşən neftçi ölüb

neftçi Fotonun müəllifi EPA
Image caption Neft qurğuları (Arxiv.)

Şənbə günü Xəzərdəki 14 nömrəli dərin dəniz özülündə işlədiyini vaxtı dənizə düşən neftçi Rasim Əliyev ölüb, SOCAR bildirir.

Hadisə "28 May" Neft Qaz Çıxarma İdarəsinə məxsus sahədə baş verib.

"1958-ci il təvəllüdlü Əliyev Rasim İbrahim oğlu 262 saylı quyuda işləyən zaman dənizə düşmüş, operativ tədbirlər nəticəsində sudan çıxarılmış, lakin vəfat etdiyi məlum olmuşdur", rəsmi açıqlamada deyilir.

Socar hadisə ilə bağlı araşdırmanın aparıldığını bildirir.

Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının məlumatına görə ötən il ərzində hasilat sənayesində 22 işçi həlak olub.

Əlaqəli mövzular

Bu barədə daha geniş