George Orwell, kinder sürpriz və vintaj atmosferi... Bakıda

George Orwell, kinder sürpriz və vintaj atmosferi... Bakıda

Son illər Bakıda fəaliyyət göstərən fərqli konseptli kafe və pablar gənclər arasında çox populyardır.

Onlar arasında müxtəlif dövrlərdən və kitablardan belə ilhamlananlar var…

Məsələn, 3 il əvvəl yaradılmış Old School cafe & shop-da Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələrdən vintaj əşyalar sərgilənir.

Burada müxtəlif saatlara, fotoaparatlara, məişət əşyalarına və Sovet dövrünnü simvollarını əks etdirən əşyalara rast gəlmək mümkündür.

90-lar Cafe isə sahibi Rac Aslanovun öz şəxsi kolleksiyası əsasında yaranıb.

Uşaqlığı və gəncliyi 90-cı illərə təsadüf edənlər, burada özünü yad hiss etməz.

Amma kafeyə həmin illəri görməyən gənclər daha çox maraq göstərir.

Adını George Orwell-in məşhur 1984 əsərindən qazanmış 1984 Pub&Lounge-da həm dizayn, həm də otaq adları əsərdən götürülüb.

Hər üç məkanın əsas müştəriləri tələbə və gənclərdir.

Onlar nostaljik atmosferə sahib yerləri digər “sadə, adi” məkanlardan üstün tutduqlarını deyirlər.

Materialı Günel Səfərova hazırlayıb.