Fransa məhkəməsi Azərbaycanın jurnalistlərə qarşı diffamasiya ittihamını rədd edib

İlham və Mehriban Fotonun müəllifi Getty Images
Image caption Jurnalist Laurent Richard prezident İlham Əliyevi "zülmkar" adlandırıb, onun həmkarı Elise Lucet isə 2015-ci ildə birinci vitse-prezidentin Fransaya səfəri zamanı onu sualları ilə təqib edib.

Çərşənbə axşamı Fransa məhkəməsi Azərbaycanı "diktatorluq" adlandırdıqlarına görə Bakının iki Fransız jurnalistə qarşı qaldırdığı diffamasiya ittihamını rədd edib.

2015-ci ildə prezident İlham Əliyev və onun həyat yoldaşı və birinci vitse prezident Mehriban Əliyevanın Fransaya səfəri zamanı France 2 telekanalından yayımlanan "Cash Investigation" verilişinin aparıcısı Elise Lucet Azərbaycanın diktatorluq olduğunu deyib.

Başqa bir radio yayımında isə jurnalist Laurent Richard Azərbaycanın "diktatorluq" və İlham Əliyevin "zülmkar" olduğunu deyib.

2015-ci ilin sentyabrında ittihamlar ilk dəfə bəyan ediləndə, Azərbaycanı təmsil edən vəkil Olivier Pardo LCI telekanalına iki jurnalistin qanuna əməl etmədiklərini iddia etmişdi.


Həmçinin oxuyun:


Fotonun müəllifi Getty Images
Image caption Elise Lucet məhkəməyə verilən iki jurnalistdən biri olub

Parisin Nanterre rayonunda yerləşən məhkəmənin qərarından sonra Laurent Richard Facebook səhifəsində yazıb:

"Artıq rəsmidir: Azərbaycan dövlətini "diktatorluq" adlandırmaq olar və o (Azərbaycan), öz senzurasını xaricə ixrac edə bilməz. Biz ümid edirik ki, Fransız məhkəməsindən ədalətli qərar Azərbaycanda Əliyevin rejimini ilhamlandıracaq. #Mətbuatazadlığı"

Sərhədsiz Reportyorlar media azadlığı təşkilatı bu ittihamın Fransa məhkəmələrində jurnalistlərə qarşı xarici hökumət tərəfindən qaldırılan ilk ittiham olduğunu deyib.

Sərhədsiz Reportyorlar təşkilatının 2017 Mətbuat Azadlığı siyahısında Azərbaycan 180 ölkə arasında 162-ci yerdədir.

Fotonun müəllifi France 2
Image caption Məhkəmənin qərarından sonra Laurent Richard (sağda) Facebook-da yazıb: "Artıq rəsmidir: Azərbaycan dövlətini "diktatorluq" adlandırmaq olar"

Mübahisəli veriliş

"Cash Investigation" verilişi yayımlanandan sonra bir hissəsinə görə çox məhşurlaşıb.

Jurnalist Elise Lucet Mehriban Əliyevanı Parisdə keçirilən "Azərbaycan, tolerantlıq yurdu" adlı sərginin açılışında təqib edir. İlk öncə ona "Sizin ölkəniz sizcə, tolerantlıq yurdudurmu" sualını ünvanlayır, Mehriban Əliyeva xoş üzlə "Bəli, əlbəttə elədir" - deyir.

Amma ikinci sual onun o qədər də xoşuna gəlmir. "Axı hazırda çoxlu jurnalist həbsdədir, siz necə buna tolerantlıq yurdu deyə bilirsiniz?"

"İnsan haqları" ifadəsini eşidən cangüdənlər jurnalisti uzaqlaşdırmağa çalışır, amma o, cavab verir: "Bu doğru deyil, sadəcə düzgün məlumat əldə edin".

Jurnalist davam edir: "Leyla Yunusu tanıyırsınızmı? Xədicə İsmayılovanı tanıyırsınızmı?"

"Bura mətbuat konfransı deyil, ictimai tədbirdir, lütfən susun" - cangüdənlər jurnalistin yolunu kəsir. Jurnalistin cavabı - "Bura Fransadır, mən isə jurnalistəm. Fransada jurnalistlər sual verə bilər, xəbəriniz var?"

Fotonun müəllifi France 2
Image caption Elise Lucet (solda) və Mehriban Əliyeva (sağda)

Tədbirdən sonra isə Elise Lucet Mehriban Əliyevadan "əl çəkmir". "Birinci ledi, Leyla Yunusa 8 il iş verilib, budurmu tolerantlıq?" - deyə ona uzaqdan qışqırır.

Lakin jurnalistə Mehriban Əliyevaya yaxınlaşmağa icazə verilmir, cangüdənlər operatoru itələyir, kamerasını əlləri ilə bağlayır - Mehriban Əliyeva və qızı Leyla Əliyeva maşına minib gedir.

Bu barədə daha geniş