ABŞ prezidenti Trump: "Bizi sınama"

Donald Trump Fotonun müəllifi AFP/GETTY IMAGES
Image caption Trump: ""Bizi zəif qiymətləndirmə. Bizi sınama"

Birləşmiş Ştatlar prezidenti Donald Trump Cənubi Koreya parlamentindən Şimali Koreya lideri Kim Jonga sərt xəbərdarlıq edib.

Şimaldakı həyatın "qaranlıq fantaziyasını" qınayarkən o deyib: "Bizi zəif qiymətləndirmə. Bizi sınama".

O öz nitqində cənab Kim-ə müraciət edərək deyib ki, "əldə etdiyiniz sialahlar sizin təhlükəsizliyinizi təmin etmir, onlar sizin rejimi böyük təhlükəyə atır".

Birləşmiş Ştatlar lideri Asiya səfəri çərçivəsində iki günlük Cənubi Koreyadadır.

Cənab Trump Seulda millətvəkilləri qarşısındakı çıxışına Koreya müharibəsindən bu yana Cənubi Koreyanın Şimaldan fərqli olaraq əldə etdiyi naliyyətləri qiymətləndirməklə başlayıb. O bunu "tarix laboratoriyasındakı faciəli təcrübəyə" bənzədib.

O Pxenyanı xəbərdar edib ki, ABŞ-ın keçmişdəki təmkinliliyini zəiflik kimi qiymətləndirməsin, indi fərqli ABŞ rəhbərliyi var və cənab Kim-i ölkəsinin nüvə silahından əl çəkməsinə çağırıb.

Cənab Trump digər ölkələri, xüsusilə, Çin və Rusiyanı - Pxenyana nüvə silahlarından imtina etmək üçün təzyiq göstərməyə çağırıb.

Çərşənbə günü pis hava şəraiti səbəbiylə Donald Trump Şimali və Cənubi Koreya arasındakı hərbisizləşdirlimiş zonaya olan qəfl səfərini təxirə salmaq məcburiyyətində qalıb.

ABŞ rəsmilərinin dediyinə görə, cənab Trump-ın helikopteri Birləşmiş Ştatlar ordusunun Seuldakı Yongsan qarnizonundan havaya qalxıb və sonradan geri dönüb.

Şimali Koreyanın nüvə iddiaları cənab Trump-ın beş Asiya ölkəsinə başladığı səfəri boyu diqqət etdiyi əsas məsələdir.

Donald Trump öz səfərinə Yaponiyadan başlayıb, sonra Cənubi Koreyaya gəlib. ABŞ prezidenti çərşənbə günü Çinə uçacaq, bu həftə Vyetnam və Fillipinə də səfər edəcək.

Əlaqəli mövzular

Bu barədə daha geniş