Uşaq TASS-ını kim icad edib və bu, Kremlin nəyinə lazımdır?

здание ТАСС Fotonun müəllifi Sergey Fadeichev/TASS

Gənclər arasında etirazlara marağın artması fonunda Rusiyanın dövlət TASS xəbər agentliyi özünün yeni təşəbbüsü olan, uşaqlar üçün ictimai-siyasi yayım layihəsinə büdcədən əlavə vəsait alacaq. BBC Rus Xidməti bu təşəbbüsü şəxsən President Putinin bəyəndiyini müəyyən edib.

Dövlət TASS agentliyində 8-16 yaş arası uşaqlar üçün nəzərdə tutulan yeni layihənin hazırlandığı gələn ilin dövlət büdcəsi haqqında qanun layihəsinə düzəlişlərdən aydın olub.

Sənədə əsasən, Nazirlər Kabineti TASS üçün, üşaqlara ünvanlanan ictimai-siyasi səciyyəli "xüsusi kanalın" yaradılması məqsədinə, əlavə olaraq 210 milyon rubl (3,6 milyon dollar) vəsait ayırmağı təklif edir.

2020-ci ilədək dövr ərzində hər il bu məqsədlə TASS agentliyinə illik məbləğ olaraq 70 milyon rubl (1,2 milyon dollar) vəsaitin ayrılması planlaşdırılıb.

TASS üçün əlavə subsidiyanın pulunu hökümət təhsilə ayrılmış xərclərdən çıxmağı təklif edib.

Müəyyən variantlar

"Söhbət TASS-da uşaq xəbərləri redaksiyasının yaradılmasından gedir, xəbərlər uşaqlara uyğun tərzdə veriləcək", - BBC Rus Xidmətinə TASS-ın baş direktoru Sergey Mixaylov deyib.

"Xəbərlərin verilməsi kanalları baxımından xüsusi araşdırmalar aparırıq, ilk növbədə, söhbət internetdən gedir", - o, qeyd edib. Mixaylovun təbirincə, mümkündür ki, uşaqlar üçün xəbərlər animasiya çarxları formatına çevrilsin.

Onun sözlərinə görə, indiyədək TASS 8-16 yaş seqmenti üçün məhsul buraxmayıb.

"Bundan sonra edəcəyik", - agentliyin baş direktoru qeyd edib.

Mixaylov Almaniyanın Deutsche Presse-Agentur şirkətini misal gətirib, bu agentliyin uşaq xəbərləri bölməsi var: "Deməzdim ki, TASS-da bunun analoqu olacaq, lakin müqayisə etmək mümkündür".

TASS-ın uşaq redaksiyasına kimin başçılıq edəcəyi hələlik aydın deyil.

"Hələlik qərar verilməyib, müəyyən variantlar var", - Mixaylov deyib.

O, əmindir ki, xeyli sayda partnyor uşaq xəbərləri bülleteninə yazılmaq istəyəcək, "əks halda TASS bu addımı atmazdı".

TASS-ın korporativ komunikasiyalar departamentinin rəhbəri Dmitri Pertsevin sözlərinə görə, xüsusi uşaq redaksiyası TASS-da 2018-ci ildə yaradılacaq.

Siyasi xəbərlərinin lentə daxil edilib-edilməyəcəyi barədə suala cavab olaraq Pertsev "məzmunun çeşidli olacağını" qeyd edib.


  • TASS - Rusiya dövlət agentliyidir. 1904-cü ildə təsis edilib.
  • TASS-ın dünyanın 63 ölkəsində 68 xarici nümayəndəliyi, Rusiyada isə 70 regional mərkəzi və müxbir məntəqələri var.
  • Agentliyin məlumat məhsulu Rusiyadavə xaricdə 5 mindən çox korporativ abunəçilərə paylanır, onların arasında 1 mindən çox KİV, 200 diplomatik nümayəndəlik, 250 bank və maliyyə şirkəti, 200-dən artıq sənaye, elm və təhsil müəssisəsi və kitabxanalar var.
  • Medialogia şirkətinin sentybrda açıqladığı reytinqə əsasən, TASS istinadedilmə hallarının sayına görə Rusiya xəbər agentlikləri arasında liderdir, lakin sosial media sahəsində bu göstəriciyə görə liderliyə RİA Novosti malikdir.
  • TASS dövlət tərəfindən maliyyələşdirilir. 2018-2020-ciillər üçün nəzərdə tutulan büdcə layihəsində TASS-a 1,96 milyard rubl (33,5 milyondollar) məbləğdə dövlət subsidiyasının ayrılması nəzərdətutulub.

Kreml diqqəti gənclərə yönəldir

Kreml diqqətini uşaq və gənclərə tərəf bu ilin martın 26-da keçirilmiş mitinqlərdən sonra yönəldib.

Həmin etirazlar müxalifətçi Aleksey Navalnı tərəfindən təşkil olunmuşdu.

Moskva və digər şəhərlərdə keçirilən həmin nümayişlərdə xeyli sayda yeniyetmə iştirak etmişdi.

Bundan sonra bütün Rusiya boyunca məktəblərdə müəllimlər xüsusi təşkil edilmiş müzakirələr keçirərək, onları mitinqlərə çıxmamağa inandırmağa çalışıb.

Prezident Putin bu yay uşaq və gənclərə aid bir sıra tədbirlər keçirib.

Mayın 31-də o, Rusiyanın ən iri multiplikasiya studiyalarının rəhbərləri ilə görüş keçirib.

İyunun 12-də, Rusiya Günündə Putin istedadlı on məktəbliyə, olimpiada və istedad müsabiqələrinin qaliblərinə pasportlar təqdim edib.

İyunun 24-də Putin Krımda yerləşən "Artek" uşaq düşərgəsinə baş çəkib, avqustun 20-də "Tavrida" gənclik təhsil forumunda iştirak edib, sentyabrın 1-də isə Yaroslavl şəhərində "Gələcəyə istiqamətlənən Rusiya" mövzusunda açıq dərs keçirib.

Oktyabr ayında Putin Soçidə keçirilmiş gənclər və tələbələr üçün təşkil edilmiş bir neçə festivalı ziyarət edib.

Gənc müxalifətçilər də Kremlin diqqətindən yayınmayıb. İyun ayında sosioloqlar 15-17 yaş seqmentindən olan gənc moskvalılar arasında tədqiqat aparıb, BBC-ə məlum olub.

Gənclərdən onların Rusiyadakı siyasi vəziyyətə, mitinqlərə və Aleksey Navalnıya münasibətləri soruşulub.

Kanalnecə olacaq?

Rusiya media bazarında uşaqlar üçün nəzərdə tutulan bir neçə telekanal var.

Rusiya auditoriyasına o cümlədən Disney kanalı da verilişlərini yayımlayır.

Rusiyanın Birinci və VQRTK kanallarından olan və anonim qalmaq istəyən həmsöhbətlərimiz bildiriblər ki, onlarda TASS-ın uşaq məhsullarının istifadəsilə veriliş hazırlamaq planları hələlik yoxdur.

Təhsil naziri Olqa Vasilyeva sentyabrda bildirmişdi ki, Təhsil nazirliyi məktəblərdə uşaq televiziyasının təşkililə məşğul olacaq.

O, "TASS uşaqlara" adlı layihədən bəhs edib.

"Həmin televiziyanın bir hissəsi ölkəmiqyaslı olacaq, tərbiyəvi və xəbər səciyyəli süjetlərdən ibarət olacaq, ikinci hissəsində isə məktəb həyatından söhbət gedəcək", - TASS nazirin sözlərini iqtibas edib.

Fotonun müəllifi Sergey Fadeichev/TASS

"Qəribə məsələ"

"Yaxşı, düzgün ideyadır. Təki, həddən artıq siyasiləşdirməsinlər", - Rusiya milli teleyayımçılar assosiasiyasının prezidenti Eduard Saqalayev deyib.

"Bu, nəsə çox arxaik və qəribə bir gedişdir", - BBC-ə Rusiya Ali İqtisad Məktəbinin Elmi-Tədqiqat Universiteti kommunikasiya, media və dizayn fakültəsinin professoru Anna Kaçkayeva bildirib. Onun qənaətincə, 8-18 yaş arası olanların media aləmi sosial şəbəkələr, YouTube və Snapchat-ı əhatə edir, daha informasiya agentliyini yox.

O, hesab edir ki, TASS-ın uşaq redaksiyası fəaliyyətinin ilk nəticələrini görəndən sonra, bu barədə daha konkret danışmaq mümkün olardı.

Politoloq Yevgeni Minçenkonun isə TASS-da uşaq redaksiyasının yaradaılmasını şərh etmək barədə BBC-nin xahişinə cavabı lakonik olub: "Qəribə məsələdir".

Əlaqəli mövzular

Bu barədə daha geniş