5 fotoda: Şahmat üzrə üçqat Avropa çempionu, Azərbaycanın Eurovision 2018 təmsilçisi və...

Keçdiyimiz həftə Azərbaycan və dünyada baş vermiş mühüm hadisələr 5 fotonun diliylə.

Fotonun müəllifi EPA
Image caption Sizmış sənədlərə görə, kraliçanın 10 milyon funt (13 milyon dollar) şəxsi pulu ofşora yatırılıb.

1. Maliyyə sənədlərinin nəhəng yeni sızması Britaniya kraliçasının əmlakı da daxil olmaqla, qüdrətlilərin və ultra-zənginlərin ofşor vergi cənnətlərinə böyük miqdarda pulu gizli şəkildə necə yatırdıqlarını aşkar edib.

Paradise Sənədləri: Ultra-zənginlərin vergi cənnəti sirləri aşkarlanıb

Fotonun müəllifi chess.com

2. Azərbaycanın şahmat üzrə kişilərdən ibarət milli komandası Avropa çempionu olub.

Yunanıstanda keçirilən Avropa çempionatında Azərbaycan millisi Ukrayna şahmatçıları ilə 2-2 bərabərə qalıb. Azərbaycanın kişilərdən ibarət şahmat yığması 3-cü dəfədir ki, Avropa çempionu olur.

Balaca şahmatçı: "Azərbaycanın bayrağını yüksəyə qaldırmaq istəyirəm"

Fotonun müəllifi Getty Images

3. Çərşənbə axşamı Fransa məhkəməsi Azərbaycanı "diktatorluq" adlandırdıqlarına görə Bakının iki fransız jurnalistə qarşı qaldırdığı diffamasiya ittihamını rədd edib.

2015-ci ildə prezident İlham Əliyev və onun həyat yoldaşı və birinci vitse prezident Mehriban Əliyevanın Fransaya səfəri zamanı France 2 telekanalından yayımlanan "Cash Investigation" verilişinin aparıcısı Elise Lucet Azərbaycanın diktatorluq olduğunu deyib.

Fransa məhkəməsi Azərbaycanın jurnalistlərə qarşı diffamasiya ittihamını rədd edib

Fotonun müəllifi Getty Images

4. Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yüksək vəzifə tutmuş Vidadi Zeynalov və digər təqsirləndirilən şəxslərin əmlakı üzərindən həbs götürülüb.

Onların bəzisinin cəza müddəti də endirilib. Bəziləri isə məhkəmə zalından azadlığa buraxılıb. Bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar verib.

Keçmiş "rabitəçi" Vidadi Zeynalovun əmlakının bir hissəsi üzərindən həbs götürülüb

Fotonun müəllifi İCTİMAİ TELEVİZİYA

5. İctimai televiziyanın rəsmi saytının yaydığı məlumata əsasən Azərbaycanı gələn il Eurovision müsabiqəsində vokalçı Aysel Məmmədova təmil edəcək.

28 yaşlı Aysel Məmmədova Bakıda musiqiçi ailəsində anadan olub. O, pianoçu, vokalçı və bəstəkardır.

Azərbaycanın "Eurovision-2018" mahnı müsabiqəsində təmsilçisinin adı açıqlanıb

Əlaqəli mövzular

Bu barədə daha geniş