500-dən çox itkin düşmüş səxsin yaxınından ağız suyu nümunəsi götürülüb

ICRC Fotonun müəllifi Getty Images
Image caption 2010-cu ildə BQXK azərbaycanlı dustaq Eldar Tağıyevin Ermənistan tərəfindən Azərbaycana qaytarılmasını təşkil edib. Təşkilat münaqişədə tərəflər arasında vasitəçilik edir.

Bu ilin ilk 6 ayı ərzində Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş 564 nəfərin yaxınından ağız suyu nümunəsi götürülüb.

Bu barədə məlumatı Beynəlxalq Qızıl Xaç Komitəsi noyabrın 17-də jurnalistlərə bildirib.

Qurum deyib ki, onlar bu prosesi Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birlikdə aparıblar.

Götürülmüş ağız suyu nümunələri gələcəkdə baş tuta biləcək ekshumasiya zamanı istifadə oluna bilər, Beynəlxalq Qızıl Xaç Komitəsi deyib.


Həmçinin oxuyun:


Burada əsas məqsəd DNT kodunun çıxarılması vastəsilə gələcək analizlərdə istifadə olunması üçün itkin düşmüş şəxslərin yaxın qohumlarından bioloji nümunələri sistemli şəkildə toplamaq, saxlamaq və qorumaqdır.

DNT kodunun alınması məhkəmə tibbi ekspertlərinin insan qalıqlarının identifikasiyası üçün istifadə edəcəyi vastələrdən biridir.

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri erməni hərbçiləri tərəfindən saxlanmış Şahbaz Quliyev və Dilqəm Əsgərovla sonuncu dəfə noyabrda görüşüb. Ancaq Komitə rəsmiləri görüşün təfərrüatı və onlarla bağlı əlavə informasiya verməyiblər.

2014-cü ilin iyulunda Şahbaz Quliyev və Dilqəm Əsgərov Kəlbəcər istiqamətində təmas xəttinin Qarabağdakı erməni silahlı qüvvələrinin nəzarəti altında olan ərazidə tutulub.

Həmin ilin dekabrında "diversiya, qətl və başqa ağır cinayətlər törətmək" ittihamı ilə Dilgəm Əsgərov ömürlük, Şahbaz Quliyev 22 il müddətinə həbsə məhkum olunublar.

Azərbaycan rəsmiləri Kəlbəcər ərazisində erməni hərbçiləri tərəfindən saxlanmış Şahbaz Quliyev və Dilqəm Əsgərov üzərində "qondarma Dağlıq Qarabağ rejiminin məhkəmə işi təşkil etməyə heç bir hüquqi əsası" olmadığını bildirib.

Azərbaycan Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsi üçün beynəlxalq təşkilatlar, o cümlədən, ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə danışıqları davam etdirir.

Bu barədə daha geniş