Qarabağ-Chelsea oyunu çərşənbə günü Bakıda keçiriləcək

Willian Fotonun müəllifi Reuters
Image caption Sentyabr ayında keçirilən oyunda Qarabağla Chelsea-nin oyunu 0:6 hesabı ilə İngiltərə oyunçularının xeyrinə başa çatıb.

UEFA Çempionlar Liqası turniri çərçivəsində Azərbaycanın "Qarabağ" və Britaniyanın Chelsea klubları arasında oyuna hazırlıq son mərhələyə daxil olub.

Bakı Olimpiya Stadionu (BOS) görüş ərəfəsində arenaya gəliş-gediş sxemini Azərbaycan və ingilis dillərində çap edir.

Sentyabrın 12-də Qarabağ Londondakı Stamford Bridge stadionunda Chelsea klubuna 6:0 hesabı ilə məğlub olub.

Lakin belə görünür ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu Britaniya komandası ilə doğma meydançasında görüşdən əvvəl şanslarını əldən vermək istəmir, Futbolpress.az saytının baş redaktoru deyir.

"Təbii ki, Qarabağ Chelsea ilə oyunda uduzsa da, ondan sonra böyük hesabla uduzmayıb. O, bu oyuna ciddi hazırlaşıb ki, xal qazana bilsin. Belə təqdirdə 3-cü yeri tutsa o, Avropa liqasına keçə bilər", - Elçin Cəlilov BBC Azərbaycancaya deyib.

Sentyabr ayında Chelsea ilə matçdan sonra Qarabağın baş məşqçisi Qurban Qurbanov bir daha Chelsea-nin Çempionlar Liqasının ən güclü komandası olduğunu vurğulayıb.

Fotonun müəllifi Getty Images
Image caption Antonio Conte Bakıda keçiriləcək oyunun əhəmiyyətini vurğulayıb.

"Çempionlar Liqasının qalibi olmağa namizəd bir komandayla oynadıq, Chelsea-nin gücü hər kəsə məlumdur", o deyib.

Bu arada İngiltərə mətbuatındakı bəzi yazılara əsasən Qarabağ-ın davamlı qələbələri onun asanlıqla təslim olmayacağına dəlalət edir.

Chelsea klubunun baş məşqçisi isə matçı mövsümün "ən mühüm oyunu" adlandırıb.

"Biz mövsümün başlanmasından bəri ən mühüm oyunu oynamalıyıq", - Antonio Conte deyib.

"Qarabağ üzərində qələbə qazansaq da, biz Çempionlar Liqasının növbəti mərhələsinə keçə biləcəyik və bu çox böyük əhəmiyyətə malikdir, çünki yanvarın əvvəlinə kimi olan müddət məşğul keçəcək. Belə ki, bu oyunu qazanmaq çox vacibdir."

Elçin Cəlilovun sözlərinə görə Chelsea bu oyunda qalib gələrək Çempionlar Liqasının qrup mərhələsində öz mövqelərini təmin etmək istəyir ki, növbəti oyunlarda gücünə qənaət etsin.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Ümumi Nəticə - Thomas Goltz-un Qarabağ futbol klubuna həsr etdiyi film

Əvvəlki oyunda Chelsea Qarabağı məğlub etsə də, azərbaycanlı futbolçular qrup üzrə digər güclü rəqibi - Atletico Madrid-ə qarşı oyunları 0:0 və 1:1 hesabı ilə başa vurmağa nail olublar.

Bu arada Bakıda Qarabağ öz azarkeşlərinin dəstəyinə də malik olacaq.

"Stadionun tutumu 65 mindir və bütün biletlər satılıb. Bu izdihamın dəstəyi çox arzulanan bir şeydi", - Elçin Cəlilov deyir.

Əlaqəli mövzular

Bu barədə daha geniş