Milli Məclis mühüm artımı nəzərdə tutulmuş 2018-ci il büdcə qanununu qəbul edib

Milli MƏclis Fotonun müəllifi Getty Images

Milli Məclis cümə günü keçirilən iclasında "2018-ci il dövlət büdcəsi haqqında" qanunu qəbul edib. Yeni büdcənin gəlirləri cari illə müqayisədə 20 faiz artaraq 20.1 milyard manat, xərcləri isə 18 faiz artaraq 21.1 milyard manat təşkil edəcək.

Budcədəki rəqəmlər bir barel neftin qiymətinin 45 dollar olacağı ehtimalı üzərində hesablanıb.



Bununla yanaşı, hökumət 2018-ci ildə Ümumi Daxili Məhsulun (ÜDM) 1 fazi artacağını ehtimal edir.

Bu ilin yanvar və oktyabr aylarının iqtisadi göstəriciləri, 2016-cı ilin eyni dövrü ilə müqayisədə ilin ilk doqquz ayında ÜDM-ın 0.7 faiz azaldığını göstərir.

2016-cı ildə isə Azərbaycanın ÜDM-u 3.8 faiz azalıb.

Büdcədə həmçinin 2018-ci ildə inflyasiyanın bu ilin 13.2 faiz ehtimalından 6.1 faizə enəcəyini öngörülür.

Gələn ilin Dövlət Neft Fondundan büdcəyə transferlərin 9.2 milyard manat olacağı ehtimal olunur, bu isə gələn ilin büdcə gəlirlərinin 45 faizini təşkil edəcək.

Əlaqəli mövzular

Bu barədə daha geniş