5 fotoda: Rza Zərrab işi, məhkəmədə zəhər, şahzadə Harry evlənir, nəşə çəkmək olar?

Keçdiyimiz həftə baş vermiş mühüm hadisələr 5 fotonun diliylə.

Fotonun müəllifi Reuters
Image caption Atilla (solda) ve Zərrab (sağda), Sentyabr ayına qədər prosesə birlikdə gəlirdilər.

1. Keçən ildən bu yana Türkiyə gündəmindən düşməyən Rza Zərrab məhkəməsinin ABŞ-da münsif seçimi tamamlanıb və məhkəmə prosesi başlanıb.

Məhkəmədə şahid kimi çıxış edən Rza Zərrab 2011-2013-cü illərdə Türkiyədə iqtisadiyyat naziri Zafer Çağlayana 45-50 milyon avroluq rüşvət verdiyini açıqlayıb. Məhkəmə zamanı o, Türkiyənin prezidenti Recep Tayyip Erdoğanın da adını çəkib.

6 sualda Rza Zərrab işi

2. Gürcüstanın Konstitusiya Məhkəməsi marixuananın istifadəsinə görə cinayət cəzasını ləğv edib.

Məhkəmə hesab edir ki, şəxsi istifadəyə görə cinayət "cəzasının tətbiqi ictimai asayişin" qorunması üçün mütənasib vasitə sayıla bilməz. Son zamanlar Gürcüstanda narkotiklərin dekriminallaşdırılması çağırışı ilə bağlı geniş kampaniyalar aparılıb.

Gürcüstanda marixuanadan istifadə edənlərə cəza olmayacaq

Fotonun müəllifi Alireza Karimi-Machiani

3. Sərbəst güləş üzrə Polşada keçirilən U-23 Dünya çempionatında İran güləşçisi Əlirza Kərimi Məhiəninin israilli rəqibi ilə görüşməmək üçün qəsdən uduzduğu iddia edilir.

Hadisə sosial mediada iranlı istifadəçilərin narazılğı ilə qarşılanıb.

İranlı güləşçinin "uduzmağa" məcbur edilməsi sosial mediada narazılıqla qarşılanıb

Fotonun müəllifi ICTY

4. Bosniyalı xorvat müharibə cinayətkarı Haaqa məhkəməsində apellyasiya şikayətinə dair qərarın verildiyi an zəhər içdikdən sonra xəstəxanada həlak olub.

72 yaşlı Slobodan Praljak məhkəmə qarşısına çıxarılmış Bosniya xorvatlarının altı siyasi və hərbi liderlərindən biridir.

Slobodan Praljak məhkəmədə zəhər içdikdən sonra ölüb

Fotonun müəllifi Getty Images

5. Şahzadə Harry sevgilisi və amerikalı aktrisa Meghan Markle-la evlənəcək, şahzadə Harry-nin atası şahzadə Charles bəyan edib.

Taxt növbəsində beşinci yerdə olan şahzadə Harry xanım Markle-la gələn yaz aylarında evlənəcək və cütlük Kensington sarayında yerləşən Nottingham Cottage-də yaşayacaq.

Şahzadə Harry və Meghan Markle - şəkillərdə

Bu barədə daha geniş