Ağdamın barama zavodundan 30-cu illərə aid fotolar

Sovetlər dövründə Ağdamda fəaliyyət göstərmiş baramaçılıq zavodunun fotolarını - babası və nənəsinin arxivini bizə izləyicimiz Səltənət Zülfüqarova təqdim edib.

"Fotolar oğlumun dərsi üçün ailə ağacı hazırlayarkən təsadüfən diqqətimi çəkdi", Səltənət xanım BBC Azərbaycancaya müsahibəsində bildirib.

a Fotonun müəllifi Səltənət Zülfüqarova, İsa İsmailovun arxivi
Image caption Ağdam Barama Təsərrüfatı Zavodunda iş zamanı. 1935-ci il.

Müsahibimizin dediyinə görə, ulu babası İsa İsmailov Ağdamdakı bu zavodda direktor, ulu nənəsi Siddiqə Əfəndiyeva isə baş aqronom işləyib:

a Fotonun müəllifi Səltənət Zülfüqarova, İsa İsmailovun arxivi

"Nənəm əslən Şəkidən, Babam isə Lənbərandan -hazırda Bərdənin tərkibindədir - olublar. Hər ikisi Gəncədə ASXİ ( o zamankı Azərbaycan Kənd Təsərrüfatı İnstitutu) oxuyarkən tanış olublar və tezliklə evləniblər."

a Fotonun müəllifi Səltənət Zülfüqarova, İsa İsmailovun arxivi

"Öncə babam ixtisası üzrə Qubada işləyib, sonra isə həm nənəm, həm də babam Ağdamda ixtisasları üzrə Qrenazavoda (Ağdam Barama Təsərrüfatı Zavodu) təyin olunublar."

a Fotonun müəllifi Səltənət Zülfüqarova, İsa İsmailovun arxivi
Image caption Zavodun əməkdaşı tut ipəkqurdunu yemləyir. 1934-cü il

Səltənət xanım deyir ki, zavod İkinci Dünya Müharibəsi müddətində fəaliyyət göstərməyib.

a Fotonun müəllifi Səltənət Zülfüqarova, İsa İsmailovun arxivi
Image caption Zavod işçiləri. 1934-cü il.

"Babamın müharibədə həlak olduğunu bildirilən qara kağızı gəlir, lakin sonralar əsir düşdüyü məlum olur."

a Fotonun müəllifi Səltənət Zülfüqarova, İsa İsmailovun arxivi
Image caption Zavodun işçiləri. 1937-ci il.

"Müharibə bitdikdən sonra Almaniyadan geri Sovetlərə - ailəsinə dönür. "

a Fotonun müəllifi Səltənət Zülfüqarova, İsa İsmailovun arxivi

"Nənəm isə müharibə ərəfəsində öncə Bərdədə, sonra isə Zaqatalada müəllim kimi çalışır. "

a Fotonun müəllifi Səltənət Zülfüqarova, İsa İsmailovun arxivi
Image caption Ağdam Barama Təsərrüfatı Zavodunun işçilərindən bir qrup. 1935-ci il

"Sülh bərqərar olduqdan sonra hər ikisi yenidən öz ixtisaslarına və iş yerlərinə qayıdırlar. Verilən məlumata görə, babam uzun müddət Qrenzavodun direktoru, nənəm isə baş aqronomu olmuşdur. Təqaüdə qədər bu sahədə çalışıblar."

a Fotonun müəllifi Səltənət Zülfüqarova, İsa İsmailovun arxivi
Image caption 1934-cü il.

"Anladığım qədər bu fotoda kağıza ipəkqurdunun sürfələrini büküb tavandan asırlar ki, növbəti mövsümdə istifadə edə bilsinlər."

a Fotonun müəllifi Səltənət Zülfüqarova, İsa İsmailovun arxivi
a Fotonun müəllifi Səltənət Zülfüqarova, İsa İsmailovun arxivi
Image caption Nuxa (hazırda Şəki) Qospitomnikdə toxum calaq edərkən. 25.07.1950

Müsahibimiz deyir ki, Şəkidə barama qurdunu qidalandırmaq üçün keyfiyyətli tut yarpaqları əldə etmək məqsədi ilə təcrübə calaqlar edilirmiş.

a Fotonun müəllifi Səltənət Zülfüqarova, İsa İsmailovun arxivi
Image caption Sağda İsa İsmailov. Bərdə İpəkçilik Sovxozu, 1963-cü il, noyabr

"Babamın əsas iş yeri Ağdam rayonunda yerləşsə də, o digər rayonlara da tez-tez ezam olunurdu."

a Fotonun müəllifi Səltənət Zülfüqarova, İsa İsmailovun arxivi

Ağdam barama toxumu zavodu 1928-ci ildə fəaliyyətə başlayıb, istehsal gücü 300 kq olub. Ağdam şəhəri işğal olunanadək fəaliyyət göstərib.

a Fotonun müəllifi Səltənət Zülfüqarova, İsa İsmailovun arxivi

Bu zavodun vəzifəsi yüksəkkeyfiyyətli barama toxumu (qrena) üçün qrena toxumu istehsalı və baramaçılıqla məşğul olan təsərrüfat subyektlərini sənaye tut toxumu ilə təchiz etmək olub.

a Fotonun müəllifi Səltənət Zülfüqarova, İsa İsmailovun arxivi
a Fotonun müəllifi Səltənət Zülfüqarova, İsa İsmailovun arxivi
Image caption Qubada elmi işçilər palıd ipəkqurdunun baramasını sortlaşdırırlar. 1938-ci il.

"Burdan belə qənaətə gəlmək olar ki, Azərbaycanda nəinki tut ilə qidalanan, hətta palıd yarpaqları ilə yetişdirilən barama növünü də araşdırırdılar."

a Fotonun müəllifi Səltənət Zülfüqarova, İsa İsmailovun arxivi
Image caption Nənəm, babam və qohumlarımız Şuşada, İsa bulağında istirahət edərkən.

"Şəklin mərkəzində oturan xanım ulu nənəm Siddiqə Əfəndiyeva və onun həyat yoldaşı ulu babam İsa İsmailovdur."

a Fotonun müəllifi Səltənət Zülfüqarova, İsa İsmailovun arxivi
Image caption Ümumittifaq ipəkçilik müşavirəsində Ağdam rayonunun nümayəndələri. Bakı, 1948-ci il. İsa İsmaılov solda birincidir.

***

Bu barədə daha geniş