Dövlət Sərhəd Xidməti: "Azərbaycana qarşı işləməkdə şübhəli bilinən 10 şəxs müəyyən edilib"

Fotonun müəllifi Dövlət Sərhəd Xidməti
Image caption Dövlət Sərhəd Xidməti: "Azərbaycana qarşı işləməkdə şübhəli bilinən 10 şəxs müəyyən edilib"

Bu il Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 10, məxfi əməkdaşlığa cəlb olunmuş 1 nəfər müəyyən edilib. Dövlət Sərhəd Xidməti bu barədə məlumat yayıb.

Qurum dekabrın 13-də rəsmi saytında yaydığı məlumatda bildirir ki, xarici münaqişə zonalarında döyüşmüş 30 nəfərin şəxsiyyəti müəyyən olunub, onlardan azərbaycanlı olan 5, əcnəbi olan 2-si saxlanıb. Ancaq qurum bu şəxslərin kimliyi, iddiaları qəbul edib-etmədiyi barədə əlavə məlumat vermir.

Dövlət Sərhəd Xidməti açıqlayıb ki, 2017-ci ildə dövlət sərhədini pozduqlarına görə 503, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 12 mindən çox adam, axtarışda olan 5 minə yaxın şəxs saxlanıb.

Qurum əlavə edir ki, il ərzində 13 milyon manatdan çox dəyərdə qaçaqmalın keçirilməsinin qarşısı alınıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş