Müsavat partiyası REAL-a təsis qurultayı üçün yer verəcəkmi?

məktub Fotonun müəllifi Musavat
Image caption Əgər Müsavat partiyası REAL hərəkatına təsis qurultayı keçirmək üçün öz qərargahından istifadəyə icazə versə, qərargah onun əlindən alına bilər

Əgər Müsavat partiyası REAL hərəkatına təsis qurultayı keçirmək üçün öz qərargahından istifadəyə icazə versə, qərargah onun əlindən alına bilər.

Əmlak Komitəsi Müsavat Partiyasına bununla bağlı xəbərdarlıq edib.

Partiyanın mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli BBC Azərbaycancaya bildirib ki, hazırda partiya rəhbərliyi bu məsələni müzakirə etmək üçün toplaşıb:

"Müxtəlif illərdə bizim qərargahımızdan müxtəlif partiya və siyasi birliklər toplaşmaq üçün istifadə edib. AXCP-dən tutmuş, İctimai Palata, Milli Şura, "NİDA" hərəkatına qədər".


Həmçinin oxuyun:


Fotonun müəllifi Musavat
Image caption Foto Arxiv: Müsavat partiyasının qərargahı

Əmlak Komitəsinin Müsavat Partiyasına göndərdiyi məktubda göstərilir ki, icarəyə verənin yazılı razılığı olmadan əmlakın ikinci əldən icarəyə verilməsi qadağandır.

Mustafa Hacıbəyli deyir ki, müqavilədə subicarədən söhbət gedir, onlar isə digər siyasi birliklərə qərargahın toplantı məkanından istifadəyə imkan yaradan zaman ödəniş tələb eləmirlər.

Mətbuat katibi deyir ki, Əmlak Komitəsi məktubunda qərargahın başqa şəxslərə icarəyə verildiyi təqdirdə müqaviləyə dərhal xitam verəcəyini və "obyektin boşaldılmasını tələb edəcəyini" bildirib.

Dekabrın 17-də REAL-ın Müsavat Partiyasında qurultay keçirə bilib-bilıməyəcəyinə isə partiya keçirdiyi məşvərətdən sonra qərar verəcək.

Əlaqəli mövzular

Bu barədə daha geniş