Yollarda yük daşıma qaydalarının pozulmasına görə elektron protokolların tərtib edilməsinə başlanılır

maşın

Baş Dövlət Yol Polisi İdarəsi yük daşıma fəaliyyəti ilə məşğul olan sürücülərə və nəqliyyat vasitələrinin sahiblərinə müraciət edib.

Rəsmi saytda qanunvericiliyə istinadən bildirilib ki, qabarit ölçülərindən kənara çıxan, sürücünün ətrafı görməsini məhdudlaşdıran, toz qaldıran, yolu və ətraf mühiti çirkləndirən, yükün xarici işıq siqnallarının və işıqqaytarıcıların, qeydiyyat və tanınma nişanlarının üstünü tutan, habelə üstünə örtük çəkilmədən taxıl, ot, yem və tökülən digər yüklərin daşınmasına görə həmin nəqliyyat vasitələrinin sürücüləri barəsində inzibati xəta haqqında elektron protokolların tərtib edilməsinə başlanılır.

Bu qaydaları pozanlar 40 manat cərimə oluna bilərlər.

Bu məqsədlə qurum məsləhət edib ki, sürücülər idarə etdikləri mexaniki nəqliyyat vasitələrində daşıdıqları yükün düşməməsi, hərəkətə mane olmaması üçün hərəkətə başlamazdan əvvəl və hərəkət vaxtı yükün yerləşdirilməsinə, bağlanmasına və vəziyyətinə nəzarət etsinlər.

Həmçinin məlumat verilir ki, inzibati xətanın sürücü və DYP əməkdaşlarının iştirakı olmadan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanaraq sənədləşdirilməsini nəzərə alınaraq, sürücülərə yük daşıma qaydalarına ciddi riayət etmələri tövsiyə olunub.

Bunu da izləyin:

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Xüsusilə qadınlar üçün xidmət göstərən taksi xidmətinin məqsədi nədir?

Əlaqəli mövzular

Bu barədə daha geniş