Gələn il prezident seçkisi oktyabrın 17-də keçirilə bilər

İlham Əliyev səs verir Fotonun müəllifi Getty Images
Image caption Foto.Arxiv. 9 oktyabr 2013-cü il, prezident seçkisi.

Azərbaycanda gələn il təxminən 20 bayram günü olacaq.

O cümlədən, 20 yanvar da qeyri-iş günü sayılır.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2018-ci ilin iş vaxtı norması və istehsalat təqvimində göstərilir.

Fotonun müəllifi Getty Images
Image caption Foto. Arxiv. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2018-ci ilin iş vaxtı norması və istehsalat təqvimini təsdiq edib

Nazirlik yaydığı məlumatda bildirir ki, gələn il 40 saatlıq iş həftəsi var və iş vaxtının illik norması 1919 saat təşkil edir.

İl boyu ölkə vətəndaşları üst-üstə 20 günə yaxın bayram tətilində olacaqlar. Bunun ən uzunu Novruz bayramına təsadüf edir. Novruz bayramında martın 20-dən 24-nə qədər bayram tətili olacaq.


Həmçinin oxuyun:


Ramazan bayramının bir günü isə iyunun 15-dəki Milli Qurtuluş günü ilə eyni vaxta düşür.

O cümlədən, bəzi bayramlar da istirahət günlərinə düşdüyü üçün ölkə vətəndaşlarının rəsmi bayram günlərinin sayı artırılıb.

Nazirlik onu da elan edib ki, rəsmi elan olunanadək gələn il oktyabrın 17-də Azərbaycan Respublikası Prezidentinin seçki günü kimi nəzərə alınıb.

Müvafiq qanuna görə, Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.

Bu barədə daha geniş