Dolma ermənilərindir, yoxsa azərbaycanlıların?

Долма Fotonun müəllifi Rozi Grigoryan
Image caption İki dolma - Erməni və Azərbaycan dolması

Qarabağ Azərbaycan və erməni xalqının bölüşdürə bilmədiyi yeganə şey deyil. Mübahisə və sosial şəbəkə savaşının daha bir səbəbi isə dolmadır. UNESCO-nun bir qədər əvvəl qəbul etdiyi qərar kulinar odun üstünə yağ töküb. UNESCO məhz Azərbaycan dolmasının qeyri-maddi mədəni irs kimi qəbul edilməsi barədə qərar qəbul edib.

Dolma - çəkilmiş ətdən üzüm yarpağına bükülərək hazırlanır. Onu (müxtəlif dəyişikliklərlə) Çindən tutmuş Əlcəzairə qədər bir çox ölkələrdə hazırlayırlar.

Lakin Qafqaza internet gəldikdən sonra dolma bu yeməyi yalnız bir xalqın mülkiyyəti hesab edən azərbaycanlılar və ermənilər arasında sosial şəbəkə savaşı yaranmasına səbəb olub.

Əgər dolmada üzüm yarpağı kələmlə əvəz edilsə, o zaman bütün ruslara məlum olan kələm dolması alınacaq. Lakin bu da heç cürə müzakirələrin dərəcəsini azaltmağa kömək etmir. Məsələ ondadır ki, UNESCO-nun hökumətlərarası komitəsinin sonuncu iclasında qeyri-maddi mədəni irs siyahısına daxil olmaq barədə müraciətlər nəzərdən keçirilib. İclasın sonunda Azərbaycan dolması həmin siyahıya daxil edilib. Lakin bu iki xalqın barışmasına heç də öz töhfəsini verməyib.

Fotonun müəllifi Getty Images
Image caption Bu türk dolmasıdır. Biz bu barədə yalnız ona görə bilirik ki, şəklin müəllifi onu Türkiyədə çəkib.

Kulinar müharibənin əleyhdaralrı

Maykopdan olan bloger Roza Qriqoryan hər iki tərəfdən olan milliyyətçiləri "troll"amağı sevir. Bir qədər əvvəl o, eyni vaxtda erməni və Azərbaycan dolmasını hazırlayaraq şəklini Facebook-dakı səhifəsində paylaşıb. Onun bu paylaşımı qızğın müzakirələrə səbəb olub.

"Dolma ətrafında mübahisələr axmaqlıq göstəricisidir və belə insanların tibbi müayinədən keçməsinə ehtiyac var. Bu həm də insanın və təəssüf ki xalqın acizliyinin daha bir aydın göstəricisidir. Orta Asiyada olan insanlar mənim paylaşdıqlarımı və oradakı mübahisələri oxuyanda təəccüblənirlər. Onlarda da bu yemək var, lakin onlar bu yeməklə bağlı kiminləsə mübahisə etməyə ehtiyac görmürlər", deyə o, BBC-yə bildirib.

Daha bir aspekt isə dolmanı necə hazırlamaqdır. Ermənistanda dolmanı, bir qayda olaraq boru (kələm dolması kimi) kimi, Azərbaycanda isə zərf kimi bükürlər.

Fotonun müəllifi Getty Images
Image caption Kələm dolması təkcə rus xalqının milli yeməyi deyil. Dolmanın resepti Balkanlardan gəlib və rus, Ukrayna Moldova, və Rumıniya mətbəxində bərabər şəkildə məşhurdur. Kələm dolması digər adla fransız və hətta ingilis mətbəxində də mövcuddur.

"Əslində bütün bu mübahisələr bir neçə səbəbdən mənasızdır. Mətbəx, xüsusilə yüksək peşəkar mətbəx həmişə etnosların deyil, ərazilərin mirası olmuşdur", deyə tarixçi Vüqar Əliyev (öz xahişilə adı dəyişdirilib) deyir.

Ərazilər isə öz növbəsində etnik mənsubiyyətə görə deyil, feodalın sadiqliyinə görə müəyyən edilirdi. Tarixçinin dediyinə görə, sənaye dövrünə (200 və ya daha çox illər əvvəl) qədər planetin çox sakini yoxsul yaşayırdı və onların yalnız xaş (kəndlinin sahibi və ya mülkədar bütün əti götürdükdən sonra heyvanın qalıqlarından hazırlanan sadə yemək) yemək imkanı olurdu.

Bütün bu mübahisələrdən boğaza yığıldığını etiraf edən, riyaziyyatçı Leyla Facebook səhifəsində belə yazıb: "Mən "UNESCO-nun Azərbaycan dolmasını dünyanın qeyri-maddi mədəni irsinin bir parçası elan etdiyini" oxuyan zaman bunu "UNESCO DOLMANIN HAZIRLANMASININ AZƏRBAYCAN ÜSULUNU qeyri-maddi mədəni irsin bir parçası elan edib kimi şərh edirəm". Dolmanı təkcə biz hazırlamırıq ki. Onu müxtəif variantlarda yunanlar, ərəblər, ümumiyyətlə ətdən istifadə edən və üzüm yarpağı olanlar da hazırlayır. Və hər kəs bunu özünəməxsus hazırlayır. Sevdiyiniz yeməyi hazırlayın və zövqlə yeyin, vacib olan budur. Hətta Beynəlxalq Qalaktika Şurası nə vaxtsa dolmanı, xaşı, lavaşı, pitini və sairəni Meksika yeməyi elan etsə, bu yeməklər sizin mədəniyyətinizin bir hissəsi olmaqda davam edəcək. Yox əgər bizə bunları hazırlamağı qadağan etsələr, o zaman qəzəbinizi nəinki internetdə, nümayişlərə çıxaraq və ümumiyyətlə inqilab edərək göstərə bilərsiniz))".

Dolma mövzusu Avropaya qədər gedib çıxıb. Almaniyada həmfikirlərdən ibarət qrup Azərbaycan, Ermənistan və Gürcüstandan olan 3 tələbə barədə serialı istehsala buraxıb. Təsadüfən Berlindəki bir mənzildə məskunlaşan tələbələr bir yerdə yaşamağa və oxumağa məcburdurlar. Serialın yaradıcılarınndan biri Oliver Myuser ssenarinin artıq hazır olduğunu, serialın ilk mövsümünün YouTube-a gələn il yerləşdiriləcəyini söyləyir. İlk versiya Dolma Diaries (Dolma Gündəliyi) adlanır. "Ermənilər və azərbaycanlılar arasında qarşıdurma yaradan məsələlər - ərazi, tarix, yemək, beynəlxalq təsir kimi məsələlər arasında biz fikirləşdik ki, məhz yeməyi komediya serialının adında istifadə etmək olar".

Fotonun müəllifi Getty Images
Image caption Bu dolma Gürcüstanda hazırlanıb

Təkcə dolma deyil

Dolma sosial şəbəkə mübahisələrinin yeganə predmeti deyil. Bunların arasında lavaş, digər yeməklər, həmçinin mahnılar da var.

O ki, qaldı dolmaya onu digər ölkələrdə - Türkiyədə, İranda, Bolqarıstanda, Yunanıstanda və bir çox yerdə hazırlayırlar. Və reseptlər də adətən fərqlənir. Məsələn, yunan dolması hazırlanan zaman əsas ərzaq olan ətdən savayı içlik olaraq hər şeydən istifadə edirlər.

Bu isə prinsipcə, Qafqaz mətbəxinin ruhuna ziddir. Bir çox dolma reseptlərində maşından keçirilən ətin içinə bolqar bibəri, pomidor, badımcan, hətta alma, heyva və soğan da əlavə edilir. Öz kulinar mübahisələrini UNESCO-ya gətirib çıxaran təkcə qafqazlılar deyil.

2013-cü ildə Cənubi Koreya qış üçün tədarük olunan turşu tərəvəzlərin(xüsusilə, Pekin kələmi) hazırlanması və bu biliklərin ailələrdə nəsildən nəsilə ötürülməsi regional ənənəsini özündə "birləşdirdi".

Bir qədər sonra UNESCO komitəsi Koreya Xalq Demokratik Respublikasının həmin yeməyin hazırlanmasına dair bənzər müraciətini də qəbul edib.

Bu barədə daha geniş