Yeni il: Fövqəladə Hallar Nazirliyi küknar ağacı və şənliklərlə bağlı xəbərdarlıq edir

yolka
Image caption Evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalıdır

Fövqəladə Hallar Nazirliyi əhaliyə xəbərdarlıq edir ki, Yeni il qabağı aksessuarlarla davranışda yanğın təhlükəsini diqqətə alsınlar.

Nazirlik rəsmi saytında bəzi təhlükəsizlik qaydalarını paylaşıb.

Qurum məsləhət görür ki:

  • Evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;
  • İşıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;
  • Ağac tezalışan oyuncaqla bəzədilməməli;
  • Qapalı məkanda atəşfəşanlıq edilməməlidir.
Image caption Ağac tezalışan oyuncaqla bəzədilməməlidir

Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edir ki, bayram şənliyində bunlar nəzərə alınmalıdır:

  • şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;
  • şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;
  • pəncərədə dəmir barmaqlıq olmamalı;
  • məkanın iki çıxışı olmalı;
  • ehtiyat qapı üzərində "Çıxış" sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı;
  • otağın qapıları mütləq bayıra açılmalı;
  • məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;
  • şənlikdə işıq tam söndürülməməli;
  • şənliyə tezalışan materialdan paltar geyinilməməli;
  • məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.
Image caption Şənliyə tezalışan materialdan paltar geyinmək olmaz

Əlaqəli mövzular

Bu barədə daha geniş