Vəkil: "Guya Rəhim Qazıyev küçədə telefonla danışarkən söyüş söyüb"

Rəhim Qazıyev Fotonun müəllifi Turan
Image caption Rəhim Qazıyevə 10 sutka verildiyi bildirilir

Çərşənbə axşamı İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıqda ittiham edilən keçmiş müdafiə naziri Rəhim Qaziyev barəsində çıxarılan həbs qərarından apellyasiya verəcək.

Bunu BBC Azərbaycancaya Rəhim Qaziyevin vəkili Zibeydə Sadıqova bildirib:

"Guya Rəhim Qazıyev küçədə gedərkən bərkdən telefonla danışaraq söyüş söyüb. Rəhim Qazıyev bu ittihamla razılaşmayıb. Məhkəmə onun öz vəkili ilə təmin olunması vəsatətini də qəbul etməyib".

Hüquq müdafiəçisinin sözlərinə görə, Rəhim Qaziyev haqqında inzibati həbs qərarı vermiş Nərimanov rayon məhkəməsinin hakimi Yaşar Abdulov qanunu pozub.

Vəkilin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 30.2. maddəsinə görə bir sıra şəxslərə, o cümlədən 65 yaşına çatmış kişilərə bu cəza növü tətbiq oluna bilməz:

"Rəhim Qazıyev isə 1943-ci ildə anadan olub, 74 yaşı var. Onun barəsində belə qərar qanunsuzdur".

Bazar ertəsi saxlanan Rəhim Qazıyevə "10 sutka" verildiyi bildirilir, bu barədə BBC Azərbaycancaya onun qardaşı bildirib.

Rəsmi hüquq mühafizə orqanları Rəhim Qazıyevin həbsi ilə bağlı hər hansı məlumat açıqlamayıb.

Rəhim Qazıyev 1992-1993-cü illərdə Azərbaycanın müdafiə naziri olub.

O, 1993-cü ildə vətənə xəyanətdə ittiham edilib, barəsində ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ildə əfv fərmanı ilə azadlığa buraxılıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş