5 fotoda: Prezident seçkilərinin tarixi, teatra buraxılmayan jurnalist, BMT-dən Qüds qərarı...

Keçdiyimiz həftə baş vermiş mühüm hadisələr 5 fotonun diliylə.

İlham Əliyev səs verir

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Foto: Arxiv

1. Azərbaycanda gələn il təxminən 20 bayram günü olacaq. O cümlədən, 20 yanvar da qeyri-iş günü sayılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi elan edib ki, rəsmi elan olunanadək gələn il oktyabrın 17-də Azərbaycan Respublikası Prezidentinin seçki günü kimi nəzərə alınıb.

2. Araşdırmaçı jurnalist Xədicə İsmayıl "Əsa" teatrının çərşənbə axşamı keçirilən tamaşasına dəvət olunsa da, içəri buraxılmayıb.

"Əsa"nın üzvlərindən biri BBC Azərbaycancaya bildirib ki, tamaşaya ölkə prezidentinin qızı Leyla Əliyeva da gəlib, amma bu hadisənin onunla bağlı olub-olmadığını bilmirlər.

Şəklin mənbəyi, EPA

3. BMT Baş Assambleyası Qüdsün İsrailin paytaxtı kimi tanımaması barədə qətnamə qəbul edib. Qurum ABŞ-dan da Qüdsü İsrailin paytaxtı kimi tanımaqdan geri çəkilməyə çağırıb.

Tövsiyə xarakterli qətnamə 128 dövlət tərəfindən təsdiq edilib. Trump onun Qüds qərarına qarşı çıxan ölkələri maliyyə yardımını kəsməklə hədələmişdi.

4. Azərbaycan, İran və Türkiyə xarici işlər nazirləri 5-ci üçtərəfli görüşlərində Fələstin, enerji sahəsində əməkdaşlıq, iqtisadi və siyasi əlaqələrin inkişafı barədə danışıblar.

Bu həftənin çərşənbə günü keçirilən görüşdən sonra mətbuat konfransında nazirlər Suriya, Türkiyə-Ermənistan münasibətlərinə də toxunublar.

Şəklin mənbəyi, Nariman Tamimi

5. Qərb Sahilində fələstinlilərin etiraz aksiyası zamanı, videoda İsrail əsgərini vurduğu əks olunduğu fələstinli qız İsrail təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.

17 yaşlı Əhed Təmimi zorakı üsyanda iştirak etməkdə ittiham olunub.