Bakı Nəqliyyat Agentliyi: Bakının 5 rayonunda 421 pandus quraşdırılacaq

pandus Fotonun müəllifi BNA

Bakının 5 rayonunda 421 pandusun tikilə bilər, bu barədə Bakı Nəqliyyat Agentliyi saytında məlumat paylaşıb.

Məlumata görə, bu panduslar dünya standartlarına uyğun tikiləcək.

"Pandusların üzərində gözdən əlil şəxslər üçün yola yaxınlaşma barədə xəbərdaredici səthlər (taktil döşəmə) və yan hissələrində piyadaların piyada keçidindən istifadəsini stimullaşdıracaq və təhlükəsizliyini artıracaq məhəccərlər quraşdırılır."

Həmçinin deyilir ki, pandusların mailliyi səkilərə uyğun olaraq 8-10 faiz arasında dəyişəcək və sürüşməyə davamlı olacaq.

Fotonun müəllifi BNA

Azərbaycanda yollarda pandusların olmaması və müyəssərliyin təmin olunmaması vaxtaşırı medianın və fəalların gündəmində olur.

Bundan əvvəl, BBC Azərbaycancaya danışan a panduslar çatışmazlığına görə sərbəst hərəkət edə bilmədiklərini bildiriblər.

Əlaqəli mövzular

Bu barədə daha geniş