Azərbaycanda yaşayış minimumu məbləği: Günə orta hesabla 5 manat 7 qəpik düşür

manat

Gələn ildən Azərbaycanda yaşayış minimumu 173 manat olacaq.

Prezident İlham Əliyevin təsdiqlədiyi qanuna görə, yaşayış minimum 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat məbləğ nəzərdə tutulur.

Bu rəqəm təqaüdçülər üçün 144 manat, uşaqlar üçün isə 154 manat olub.

Keçmiş millət vəkili Nazim Bəydəmirli deyir ki, yaşayış minimumu həddi müəyyən edilərkən sağ qalmağa tələb olunan qida rasionu, kommunal xidmət haqları kimi meyarlar əsas götürülür:

"Şərti qəbul etsək ki, orta statistik Azərbaycan ailəsi dörd nəfərdən ibarətdir və müzdla işləyən əhali sayını da nəzərə alsaq, ailədə bir nəfər işləyir və görürük ki, bu məbləğ kifayət etmir".

Mütəxəssisin sözlərinə görə, yaşayış minimumu təyin olunarkən proqnozlaşdırılan inflyasiya da nəzərə alınmalıdır:

"Yaşayış minimumu 173 manat müəyyənləşəndə bu inflyasiya nəzərə alınıbmı? Demək çətindir".

Dövlət Statistika Komitəsi bildirir ki, bu ilin 11 ayında ölkədə inflyasiya 14 faizə yaxın olub.

Ərzaq mallarında 17 faizdən çox bahalaşma müşahidə edilib.

2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində müəyyən edilib.

Ötən il bu rəqəm 136 manat olub.

Bu barədə daha geniş