Neft Fondu gələn il "makroiqtisadi sabitliyin təmini" üçün Mərkəzi Banka pul verməyəcək

NEFT FONDU Fotonun müəllifi AzerTAG
Image caption Dövlət Neft Fondunun 2018-ci ildə gəlirləri 11 milyard yarımdan çox, xərcləri 10 milyarda yaxın olacaq

Dövlət Neft Fondunun 2018-ci ildə gəlirləri 11 milyard yarımdan çox, xərcləri 10 milyarda yaxın olacaq.

Fond bu barədə açıqlama yayıb.

Gəlirlər

Nef Fondu 9 milyardı ölkənin payına düşən karbohidrogenlərin satışından əldə edəcək.

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlir gözləntisi 16 milyon, Fondun valyuta aktivlərindən isə 1 milyard manatdır.

Xərclər

Neft Fondu büdcəyə təxminən 9 milyard manat transfert edəcək.

200 milyon manat qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsinə ayrılır.

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi üçün 90 milyon manat, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi üçün 16 milyon manat xərcləyəcək.

Fotonun müəllifi AzerTAG
Image caption 30 oktyabr 2017. İlk Bakı-Tbilisi-Qars qatarı yola düşdü

Neft Fondu yeni Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin maliyyələşdirilməsi üçün 176 milyon manat ayırıb. Cari ildə isə eyni maddə üzrə xərc 165 milyon manat olub.

Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisinə indiyədək 640 milyondan çox dollar xərclənib.

Fondun idarə olunmasına isə 2018-ci ildə 31 milyon manat ayrılması nəzərdə tutulub.

Xərclər və gəlirlər arasında balans

Neft Fondunun bu il üçün büdcəsində gəlirlər 8 milyard, xərclər 14 milyard nəzərdə tutulmuşdu.

Gələn ilin büdcəsində bu illə müqayisədə bəzi gəlir və xərclər üzrə azalma və ya artım var.

2018-ci ildə Neft Fondu həm karbohidrogenlərin satışından, həm də valyuta aktivlərinin idarəsindən gəlir gözləntisi bir neçə yüz milyon artıqdır.

Ancaq bu dəfə Neft Fondu xərcləri ilə gəlirləri arasında balans qorumağa çalışıb. Daha doğrusu, gələn il Fond Mərkəzi Banka "makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankına transfert" nəzərdə tutmur. Bu maddə üzrə Fondun xərci 2017-ci ildə 7 milyarddan çox olmuşdu.

Fond xaricdə təhsil alanlarla bağlı xərci təxminən 8 milyon azaldıb, əvəzində qaçqın və məcburi köçkünlər üçün xərci 110 milyon manat artırır.

Bu barədə daha geniş