5 fotoda: itkin düşən dağçılar, Milad gəldi, Nərgiz mükafatı kimin olduʔ

Keçdiyimiz həftə baş vermiş mühüm hadisələr 5 fotonun diliylə.

Fotonun müəllifi Courtesy

1. Dekabrın 23-də Azərbaycanda Tufandağ ətrafına səfər edən 3 gənc itkin düşüb. Onlar "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Namin Bünyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadədir.

Bazar ertəsindən əlaqənin kəsildiyi alpinistlərin axtarışı hələ ki, müsbət nəticə verməyib.

FHN: "Alpinistlərin axtarışına əlavə dağ-xilasedicilər, xüsusi təlim keçmiş itlər qoşulub"

2. Mərhum ictimai fəal Nərgiz Yaqublunun adına təsis edilən mükafatın bu ilki qalibi bloqçu Mehman Hüseynov olub.

Hazırda həbsdə olan bloqçu Mehman Hüseynovun atası Rafiq Hüseynov oğlunun bu mükafatdan sevinəcəyini deyib.

Nərgiz mükafatının bu ilki qalibi məlumdur - Mehman Hüseynov

Fotonun müəllifi НАК

3. Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, dekabrın 27-də Sankt-Peterburq şəhərində "terror aktı törədilib".

Rusiya İstintaq Komitəsi bundan əvvəl "Perekryostok" mağazasındakı partlayışın qətl məqsədli sui-qəsd olduğunu bəyan etmişdi. Partlayışda azı 10 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.

Putin Sankt-Peterbuq mağazasındakı partlayışı "terror aktı" adlandırıb

Fotonun müəllifi Turan

4. Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyev polis tərəfindən saxlanılıb. Cənab Qazıyev xırda xuliqanlıqda ittiham edilir.

Rəsmi hüquq mühafizə orqanları Rəhim Qazıyevin həbsi ilə bağlı hər hansı məlumat açıqlamayıb. "Guya Rəhim Qazıyev küçədə gedərkən bərkdən telefonla danışaraq söyüş söyüb. Rəhim Qazıyev bu ittihamla razılaşmayıb", onun vəkili Zibeydə Sadıqova bildirib.

Vəkil: "Guya Rəhim Qazıyev küçədə telefonla danışarkən söyüş söyüb"

Fotonun müəllifi VANO SHLAMOV/Getty Images

5. Dünyanın müxtəlif yerlərində insanlar 25 dekabrı Milad bayramı kimi qeyd ediblər.

Bu fotoda şaxta baba forması geyinmiş velosipedçilər Tbilisinin mərkəzi küçələrindən keçirlər.

Dünyada Milad Günü

Bu barədə daha geniş