Xınalığın gənc müəllimləri: "Ucqar kəndi seçənlər çətin şəraiti gözə alıb bura gəlir"

Xınalığın gənc müəllimləri: "Ucqar kəndi seçənlər çətin şəraiti gözə alıb bura gəlir"

Rüfanə və Natiq Qubanın ucqar dağ kəndi Xınalığın gənc müəllimlərindəndir.

İnternat tipli Xınalıq orta məktəbdə doqquz kənddən 340 şagird təhsil alır.

Fizika müəlliməsi olan Rüfanə bura 3 il əvvəl Oğuzdan gəlib.

Sıldırım qayalardan keçən Xınalıq yolları Qubaya belə tez-tez gedib-gəlməyə çətinlik yaratsa da, Rüfanə bundan şikayətçi deyil.

Xınalıqda doğulub-böyüyən Natiq isə deyir ki, Xınalıqda coğrafiya fənninin tədrisi onu razı salmadığından özü məhz bu ixtisas üzrə təhsil alıb və kəndinə qayıdıb.

Natiq və Rüfanə ucqar kəndlərdə gənc müəllimlərə ehtiyac olduğunu deyirlər.

Videonun müəllifi Günel Səfərovadır.