Maltanın Baş naziri prezident Əliyevlə münasibətləri barədə danışır
Maltanın Baş naziri prezident Əliyevlə münasibətləri barədə danışır
BBC-nin Panorama proqramı ötən Maltada qətlə yetirilmiş jurnalist Daphne Caruana Galizia-nın işi ilə bağlı araşdırmaya nəzər salıb.
Malta hökumətində korrupsiya iddialarını araşdıran jurnalistin avtomobili ötən ilin oktyabr ayında partladılmışdır.
Daphne Caruana Galizia iddia edirdi ki, baş nazir Joseph Muscat-ın xanımı Michelle Muscat Maltada gizli bank hesabı açıb və bu hesaba Azərbaycan prezidentin qızına məxsus olduğu deyilən 1 milyon avro daxil olub. Tərəflər iddiaları rədd edir.
Panorama proqramının aparıcısı John Sweeney-ə müsahibəsində Maltanın baş naziri prezident Əliyevlə münasibətləri barədə danışaraq pul köçürmələri barədə iddiaları rədd edib.